Ərdoğan paytaxt bələdiyyəsinə namizədini bazar günü açıqlayacaq

img

12-01-2024 [15:29]


Prezident Rəcəb Tayyib Ərdoğan lideri olduğu AK Partiyanın Ankara üzrə bələdiyyə sədrliyinə namizədini bazar günü açıqlayacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında söz açıb.

Onun sözlərinə görə, bazar günü ankara ilə yanaşı, qalan digər şəhərlər üzrə namizədlər elan olunacaq.

Xatırladaq ki, Türkiyədə 31 mart 2024-də bələdiyyə seçkiləri keçiriləcək.
 
Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR