Ərdoğan və nazir MİT-lə bağlı paylaşımlarındakı fotoları silib

img

11-01-2024 [11:30]


Dünən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT)  97-ci ildönümü tədbirlərinə qatılan prezident Ərdoğan oradan çəkilən fotoları paylaşdığı sosial media hesabından silib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb  iştirakçılar arasında yüksək çinli MİT-çilərin ola biləcəyi ehtimalıdır.

Məlumata görə, Ərdoğanın sosial media səhifəsidə paylaşılan fotolar paylaşımdan qısa zaman sonra qaldırılıb.

Xəbərdə o da deyilir ki, xşar paylaşım edən ədliyyə naziri Yılmaz Tunç da az sonra həmin şəkilləri silib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR