"Ürəyi qəfil dayanmışdı, həkimlər həyata qaytardı..." - Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb (YENİLƏNİB)

img

12-01-2024 [13:32]


Səbuhi Məmmədli müalicəsinin davamı üçün Yeni Klinikaya köçürülüb.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB-in sözçüsü Elnur Hidayətoğlu məlumat paylaşıb.

Bildirib ki, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

***

Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB-in sözçüsü Elnur Hidayətoğlu məlumat paylaşıb.

Onun sözlərinə görə, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib: "Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir".

Qeyd edək ki, Səbuhi Məmmədli xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsində hemodializ müalicəsi alır.

***

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib.

Məlumata görə, jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib.

Bildirilib ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur.

Məsləhət görülüb ki, onu "Zəfəran" klinikasına aparsınlar.

Əlacsız qalan jurnalist "Zəfəran" klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib.

Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib.

TƏBİB-dən Lent.az-a bildirib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq