Danimarka səfiri Gürcüstan XİN-ə çağırılıb - İvanişviliyə görə

img

11-01-2024 [16:07]


Danimarkanın Gürcüstan və Ermənistandakı səfiri Anne Toft Sorensen Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Gürcüstan KİV-ləri xəbər verir ki, diplomatın günün sonuna qədər XİN-ə gəlməsi gözlənilir.

Daha əvvəl Sorensenin Danimarka KİV-lərinin birində Gürcüstanda baş verən son hadisələrlə bağlı məqaləsi dərc olunub. Diplomat keçmiş baş nazir və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilini “1990-cı illərdə Rusiyada var-dövlət qazanan oliqarx” adlandırıb.

“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası səfirin açıqlamasını məsuliyyətsizlik adlandırıb.

Qeyd edək ki, partiyanın 2023-cü il dekabrın 30-da keçirilən qurultayı onun təsisçisi, 67 yaşlı Bidzina İvanişvilini fəxri sədr seçib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA