Əfqanıstan yenə silkələndi - 6,4 bal gücündə zəlzələ oldu

img

11-01-2024 [15:35]


Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətində güclü zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd olunub ki, yerli vaxtla saat 13.52-də baş verən 6,4 bal gücündə zəlzələnin episentri Bədəxşanın Jurm rayonu ərazisinə düşüb.

Zəlzələ paytaxt Kabildə, Əfqanıstanın şimal əyalətlərində və qonşu ölkələr Özbəkistan, Tacikistan və Pakistanda hiss olunsa da, Taliban administrasiyası hələ də dəyən ziyanla bağlı açıqlama verməyib.

Xatırladaq ki, Hindukuş dağlarında yerləşən Bədəxşanda zəlzələlər tez-tez baş verir.

Ötən ilin oktyabrında Əfqanıstanın şimal-qərbindəki Herat vilayətində baş verən 5-6,5 bal gücündə zəlzələlər nəticəsində 2500 nəfər ölmüşdü.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA