Qəzzada təcili yardım maşını vuruldu: 4 tibb işçisi həlak olub

img

11-01-2024 [09:23]


İsrail qüvvələri blokada altında olan Qəzza zolağının mərkəzi hissəsində təcili yardım maşınını raketlə vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti ilkin məlumatı paylaşıb.

Qeyd edilib ki, nəticədə təcili yardım maşınında olan 4 səhiyyə işçisi həlak olub.

Məlumata görə, bununla da oktyabrın 7-dən bu yana Qəzza zolağında ölən səhiyyə işçilərinin sayı 326-ya çatıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq