İordan çayının qərb sahilində və Şərqi Qüdsdə həbslər davam edir - Daha 25 nəfər tutulub

img

09-01-2024 [15:02]


İsrail qüvvələri İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı əməliyyatı davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına bağlı Fələstin Əsirlər İşləri Komitəsi birgə açıqlama yayıblar.

Məlumata görə, son sutkada İordan çayının qərb sahilində ən azı 25 fələstinli saxlanılıb: "Bununla da 7 oktyabrdan bu yana İordan çayının qərb sahilində və Şərqi Qüdsdə saxlanılanların sayı 5755 nəfərə yüksəlib".

Məlumatda o da deyilir ki, fələstinlilər ya evlərində və ya hərbi keçid məntəqələrində saxlanılır: "Bu zaman onlara qarşı sərt davranılır..."

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq