Aktyor ağır yaralanıb - Qəzzada 

img

09-01-2024 [13:49]


Netflix-in məşhur serialı "Fauda"nın kürd aktyoru İdan Amedi Qəzzada döyüşdə ağır yaralanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, savaş başlayan kimi İsrail ordusuna könüllü qatılan Amedi Qəzzada İçilov tibb mərkəzinə yerləşdirilib.

Məlumata görə, onun vəziyyəti çox ağırdır.

Xatırladaq ki, İdan Amedinin həyatı təkcə aktyorluq karyerası ilə məhdudlaşmır. İraqın Kürd bölgəsindəki Amedi şəhərində anadan olan Amedinin uşaqlığı Qüdsdə keçib. Həm müğənni, həm də aktyor kimi İsraildə tanınan Amedi Netflix-in məşhur serialı "Fauda" ilə beynəlxalq arenaya çıxıb.

Ləman

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR