Qəzzada daha bir jurnalist həlak olub

img

07-01-2024 [21:45]


Qəzzada daha bir jurnalist həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti açıqlama yayıb.

Məlumata görə, fələstinli jurnalist Əli Səlim Əbu Acve Qəzza şəhərində vəzifəsini yerinə yetirərkən İsrailin bombardmanları nəticəsində həyatını itirib.

Hökumət Əbu Acvenin ailəsinə və yaxınlarına başsağlığı verib.

Məlumat üçün qeyd edək ki, bununla da oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda həlak olan jurnalistlərin sayı 110-a yüksəlib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA