Kirmandakı terroru terrorçu-kamikadzelər törədib

img

05-01-2024 [09:23]


İranın Kirman şəhərində partlayıcı qurğular terrorçu-kamikadzelər tərəfindən işə salınıb.

Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerinin və videogörüntülərin ətraflı tədqiqindən sonra partlayışın kamikadze tərəfindən törədildiyi aydınlaşır.

Belə ki, terrorçular qəbiristanlığın girişindəki yoxlama məntəqəsindən asanlıqla keçə bilmədikləri üçün Qasım Süleymaninin məzarından 1,5 və 2,7 km məsafədə partlayışlar törədiblər(Report).

Qeyd edək ki, İran mənbələrinin məlumatına görə, yanvarın 3-də ölkənin Kirman şəhərində iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlər arasında şəxsiyyəti müəyyənləşdirilənlərin sayı 84 nəfərdir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq