İndoneziyada güclü zəlzələ olub - 5,9 bal gücündə

img

30-12-2023 [12:59]


İndoneziyanın Açe əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, episentri Sinabang şəhərindən 362 kilometr şərqdə olan 5,9 bal gücündə zəlzələ dənizin 10 kilometr dərinliyində baş verib.

Zəlzələdə ciddi dağıntı və insan tələfatı qeydə alınmasa da, İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi əhaliyə növbətoi zəlzələ ehtimalları barədə xəbərdarlıq edib.

Xatırlaadq ki, noyabrın 21-də ölkənin Qərbi Yavanın Cianjur şəhərində baş verən 5,6 bal gücündə zəlzələdə ən azı 331 nəfər həyatını itirib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq