Cənubi Koreyalı jurnalist: "Səudiyyəlilər heç vaxt məğlub olmayan bir insanı məğlub edə biləcəklərini zənn etdilər"

img

30-12-2023 [11:37]


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda oynanılması planlanan “Qalatasaray” – “Fənərbağça” matçının adıçəkilən ölkənin gözlənilməz tələbləri səbəbin dəın təxirə salınması dünyada böyük müzakirəyə səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyinin qeyri-standart qərarına maraqlı reaksiya verənlərdən biri də Cənubi Koreyalı məşhur jurnalist Hanşin Li olub.

O, sosial media hesabında təxirə salınan matçla bağlı Atattürkün fotosunu əlavə etməklə yazıb: "Səudiyyəlilər heç vaxt məğlub olmamış bir insanı məğlub edə biləcəklərini düşünürdülər. Atatürkün mirası xalqı ilə davam edir. Mən türk deyiləm, amma bu gün hər kəslə fəxr edirəm. Bu vəziyyət "Fənərbağça" -"Qalatasaray" rəqabətinin önünə keçdi....".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR