İsrail ordusu daha bir evi vurub: 7 mülki şəxs ölüb, 10 yaralı var

img

28-12-2023 [10:34]


Qəzzada daha 7 mülki şəxs öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, bu gün səhərə yaxın İsrail Qəzzadakı Nüseyrat Qaçqınlar Düşərgəsində bir evi vurub: "Hücum nəticəsidə evdə olan 7 mülki şəxs  həlak olub, 10-a yaxın yaralı var".

Məlumatda deyilir ki, bununla da oktyabrın 7-dən bu yana Qəzzada öldürülən mülki əhalinin sayı 21 min 110-a çatıb,  55 min 243 nəfər isə yaralanıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq