Türk kəşfiyyatı PKK-nın daha 3 məsul şəxsini zərərsizləşdirib

img

27-12-2023 [11:58]


Türkiyə kəşfiyyatı (MİT) İraqın şimalında Süleymaniyyədə yeni əməliyyatlar keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatlarda terror təşkilatı PKK/KCK-nın idarəçiləri adlandırılan 3 məsul şəxs məhv edilib: "Zərərsizləşdirilən adlar arasında "Ali Xebat" kod adlı Erdinç Bolcal, Süleymaniyyənin şimal bölgəsindən məsul olduğu iddia edilən "Bahoz Zagros" kod adlı Mehmet Şefa Akman və "Aryen Are" kkod adlı Zeynep Eyveri də var".

Məliumatda o da deyilir ki, MİT daha 50 nöqtədə PKK-ya ağır zərbələr endirib.

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA