QEYRİ-PEŞƏKARLIQ...
YAZARLAR
25.12.2023, 12:09
Qalib ARİF
***
(“Mənim düşüncələrim” silsiləsindən)
Məşhur Şəhriyarın məlum sözü var: “Bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar”. Bəli, ustad həmişəki kimi haqlıdır, işi iş bilənə, yəni peşəkara tapşırmaq lazımdır, əks halda iş də, adamlar da axsayır. Elə götürək bizim siyasi jurnalistika sahəsini, onun mühacirətdə olan nümayəndələrini, adamlar işbilən, işlər yerindədirmi?! Hazırkı qeydlərin də məqsədi bu suallara cavab axtarmaqdır...
Amma mətləbə dəxli var deyə, mətləbdən bir az uzaqlaşmaq, bir-iki haşiyə çıxmaq istərdm. Deməli, 1996-cı ilin payızı idi, mərhum eks-Prezident Əbülfəz Elşibəy çoxillik Kələki səfərindən Bakıya qayıtmışdı. Bu sətirlərin müəllifi də Bakıda, AXC-nin əski qərargahında Elçibəyi qarşılayan jurnalistlər arasında idi. İnsafən, Bəy bizi çox gözlətmədi, geniş bir Mətbuat Konfransı keçirdi. Mən müsahibimizi salamladım və təmsil etdiyim “Xalq qəzeti”nin adından ona bir neçə sual ünvanladım.
Bəy suallarımı sanki eşitmədi: “Gedin, əvvəl xalqın qəzeti olun, adınızı doğruldun, sonra gələrsiz, sual verərsiz” dedi. Dedim, “Cənab Elçibəy, bu mənim səlahiyyətlərimə aid olan məsələ deyil, mən sadəcə olaraq jurnalistəm və Sizdən suallarıma cavab istəyirəm”. Müsahibim məni heç fərziyyə kimi də qəbul etmədi, əvvəlki fikrini təkrar etdi. Mən mübahisə etmədim, sakitcə geri çəkildim. Readaksiyaya qayıtdıqdan sonra “Siyasətçi jurnalistlə mükamilə etməlidirmi?!” başlıqlı yazı hazırladım və nömrəyə verdim.
Təvazökarlıqdan uzaq olsa da, yazı xeyli rezonans yaratdı və o vaxt Əbülfəz Elçibəyin köməkçisi olan Ədalət Tahirzadə mətbuatda mənə cavab yazdı. Sağ olsun, alim və jurnalist həmkarımız, hətta belə həssas məqamda həqiqətin yanında dayanmağı bacarmışdı və mənin sualımı birmənalı cavablandırmışdı: “Siyasətçi jurnalistlə mükamilə etməməlidir!” Həmin günlərdə Ədalət bəylə görüşdük və bir həmkar, yerli kimi xeyli dərdləşdik. Yeri gəlmişkən, mən indi də Ədalət Tahirzadənin hörmətlə xatırlayıram, hətta adı gələndə ayağa dururam...
İkinci haşiyə hardasa 4-5 il sonraya 2000-lərə təsadüf edir. ANS-in bərk gedən vaxtları idi, “Nəzər nöqtəsi” ictimai rəyə əməlli-başlı təsir edirdi. Belə bir həssas məqamda “Nəzər Nöqtəsi”nin aparıcısı məlum jurnalist Eynulla Fətullayev idi və qonqlarla, hətta siyasi polemikaya girməkdən çəkinmirdi. Verilişlərin birində qonaq Musavat Partiyasının başqan müavini Arif Hacılı idi. Hacılı, səhv etmirəmsə, Musavatın mərkəzçi demomakrat partiyası olduğunu bildirdi. Aparıcı siyasətçi ilə polemikaya girdi ki, yox, Musavat Milli demokrat partiyasıdır və hətta fikrini Misirdə Milli Demokrat Partiyasının hakimiyyətdə olması ilə əsaslandırmağa çalışdı. İnsafən, Hacılı siyasi mədəniyyət nümayiş etdirdi, “hərəmiz öz fikrimizdə qalaq, amma jurnalist siyasətçi ilə mükamiləyə girməməlidir”, dedi...
Nəhayət qayıdaq mətləbə və bu günlərə, məlum mühacirətçi jurnalist Sevinc Osmanqızının verilişlərinə. Mən arabir, rast gələndə bu verilişləri izləyirəm, Vallah təəccüb, hətta heyrət edirəm. Xanım aparıcı jurnalistdirmi, siyasətçidirmi, niyə bu qədər qərəzli, barışmaz mövqe sərgiləyir?! Bu günlərdə xanımın məlum müxalifət lideri Əli Kərimli ilə müsahibəsinə diqqət etdim. Müsahibə qeyri-məlum səbəblərdən canlı deyildi, odur ki, aparıcı istədiyi vaxt qonağın sözünü kəsir, yerli-yersiz müdaxilələr edirdi, az qala ona ağıl öyrədirdi. Bu, hətta elementar etik normalara cavab vermirdi. Məsələn, qonaq deyirdi ki, “Azərbaycan əskəri Qarabağı azad edib və əsrlərin problemini birdıfəlik həll edib”. Aparıcı qonağın sözünü kəsirdi ki, “Yox, Azərbaycan əskəri Qarabağı azad etməyib, Qarabağı rus əskəri işğal edib”və s. və ilaxır. Təsəvvür edirsinizmi?!
Sevinc Osmanqızının kəşfi və daimi qonağı olan, yaşı 70-i aşan, ABŞ-da yaşayan mühacir Beytula Manaflı isə bir ayrı aləmdir, söhbətdir. Adam özünü jurnalist kimi qələmə verir, amma mən 30 ildən çoxdur ki, bu sahədəyəm, ay tövbə, bu adamın adını eşitməmişəm. Bunu mənim günahım kimi qəbul edək, adamın fikirlərinə diqqət edək. Adam deyir ki, “Azərbaycan xalqı üsyan etməli, Bakıda, bölgələrdə polis şöbələrinə, hərbi hissələrə hücum etməli, qanlı qırğın törətməli, silahları ələ keçirməlidir. İlham Əliyevin ad günü (dekabrın 24-ü – Q.A) qan su yerinə axmalıdır...” Təsəvvür edirsinizmi, bunu övladları ilə Amerikada yaşayan və Azərbaycana qayıtmaq fikri olmayan bir “ağsaqqal” deyir. Vallah, mən bu 30 ildə, bu qədər savadsız, bu qədər həyasız, bu qədər vicdansız adam görməmişəm...
Sevinc Osmanqızının peşəkar fəaliyyətinə və qeyri-adi işlərinə isə, xanım olduğu üçün şərh vermək niyyətindən uzağam. Bunu hörmətli həmkarların və oxucuların öhdəsinə buraxıram...
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ Senatından Trampa dəstək – Layihə yenə rədd edildi
Bugün, 00:18 DÜNYA
-
Türkiyədə məktəbi qana bulayan şagirdin videosu yayıldı: anormal hərəkətlər… - VİDEO
Bugün, 00:08 DÜNYA
-
“ÇİN ÇİNDİR, BİR GÜN ONLAR, SABAH BİZ...” – Tramp Pekinə səfərə hazırlaşdığını və "orada məni qucaqlayacaqlar” dedi
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
ABŞ-da azərbaycanlı həbs olunub
15.04.2026, 23:52 CƏMİYYƏT
-
"Akinak" tarixi bədii filminin premyerası keçirilib
15.04.2026, 21:59 MƏDƏNİYYƏT
-
Ərdoğan Kanadanın Baş naziri ilə telefonda müzakirə aparıb
15.04.2026, 21:49 DÜNYA
-
Yasamalda yanğın olub - VİDEO (Yenilənib)
15.04.2026, 19:53 CƏMİYYƏT
-
Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi: "Hadisə bizi dərindən kədərləndirdi"
15.04.2026, 19:39 GÜNDƏM
-
Qazaxıstan Ədalət Akademiyasının rektoru Azərbaycan Ali Məhkəməsində olub
15.04.2026, 19:21 CƏMİYYƏT
-
Türkiyədə daha bir liseyə silahlı hücum olunub - 8 şagird, 1 müəllim ölüb, 16 yaralı var (Yenilənib)
15.04.2026, 18:56 KRİMİNAL
-
Gecə klubunda tutulan keçmiş hakim: “Görüntülərim seksual xarakterli deyil” - FOTO
15.04.2026, 18:09 ŞOU-BİZNES
-
771 minlik qalmaqal - İradə Aşumova ilə tələbəsi Baş İdarənin sabiq rəisinin məhkəməsinə məcburi gətirildi
15.04.2026, 18:04 KRİMİNAL
-
Azərbaycan və Rumıniya XİN başçıları arasında telefon danışığı olub
15.04.2026, 17:47 SİYASƏT
-
Onların maaşı artdı - Baş nazirdən qərar
15.04.2026, 17:40 İQTİSADİYYAT
-
Emin Ağalarova 55,08 hektar su fondu torpaq sahəsi ayrıldı - Əli Əsədov qərar verdi
15.04.2026, 17:32 CƏMİYYƏT
-
Tahir Budaqovla bağlı daha bir qərar verildi
15.04.2026, 17:27 GÜNDƏM
-
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi - FOTOLAR
15.04.2026, 17:17 CƏMİYYƏT
-
Pakistan rəsmiləri Tehrana gedir – İran XİN açıqladı
15.04.2026, 17:05 DÜNYA
-
Həbsdə olan keçmiş partiya sədri yeni vəkillə müqavilə imzaladı
15.04.2026, 17:02 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
15.04.2026, 17:00 İQTİSADİYYAT
-
Dövlət Agentliyinə yeni rəis təyin edilib
15.04.2026, 16:59 GÜNDƏM
-
Regional Təhsil İdarələrində müavin təyinatları oldu
15.04.2026, 16:54 CƏMİYYƏT
-
Gömrükdə iki rəis təyinatı oldu - Mətbuat katibi sualdan niyə yayınır ki?
15.04.2026, 16:41 GÜNDƏM
-
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamə dəyişdi - Prezident təsdiqlədi
15.04.2026, 16:30 GÜNDƏM
-
Paşinyan Azərbaycandan alınan neftdən danışdı: "Niyə 8 il?"
15.04.2026, 16:13 SİYASƏT
-
RUSİYA GERİ ÇƏKİLDİ - Azərbaycana kompensasiya ödəniləcək
15.04.2026, 16:02 GÜNDƏM
-
DİM yeni imtahanlar barədə açıqlama yaydı
15.04.2026, 15:42 GÜNDƏM
-
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
15.04.2026, 15:28 GÜNDƏM
-
Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
15.04.2026, 15:18 SİYASƏT
-
"Azərbaycanı Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağıdır"
15.04.2026, 15:12 SİYASƏT
-
İran gəmiləri Hörmüz boğazından keçib
15.04.2026, 15:01 GÜNDƏM
-
Mərkəzi Bank bu şirkətləri cərimələdi
15.04.2026, 14:45 İQTİSADİYYAT
-
"Müddəti bitmiş məhsul vitrində saxlanılıb - "Tamstore"dan şikayət + AÇIQLAMA
15.04.2026, 14:35 İQTİSADİYYAT