Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
25-12-2023 [00:00]
Qoç - Bütün səylərinizə rəğmən günün ilk yarısında problemlərin sayı az olmayacaq. Çətinlikləri aradan qaldırmağa başlayın. Önəmli məsələlərlə bağlı qərarı təxirə salmayın. İşgüzar tərəfdaşlar və müttəfiqlərlə cari məsələləri müzakirə edərkən emosional olmayın. Sifarişi yerinə yetirin, vədləri qulaqardına vurmayın.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar əldə etmək üçün rəqibləri üstələməlisiniz. Dəyər verdiyiniz insanla münasibətlərdə passivlik nümayiş etdirməyin. İradəli və qətiyyətli olun. Çoxdan bəri planlaşdırdığınız işə başlayın. Gəlirlər çox deyil, amma pullar karınıza gələcək. Alış-verişdə mənasız simiclik etməyin.
Buğa - Günün ilk yarısı xoş keçəcək. Komfort ritmə riayət edərək harasa gecikməyəcəyinizi, hansısa işi görməyə ehtiyac yaranmayacağını düşünməyin. Aktiv olun, bu günün işini sabaha saxlamayın. Maraqlı görüşlər istisna deyil. Bundan sonrakı yaşamınıza təsir edə biləcək insanla qarşılaşa bilərsiniz. Dəvət aldığınız yerə günün ikinci yarısında yollanın. Axşam saatları dəyər verdiyiniz insanlarla, uzaqdan gəlmiş qonaqlarla ünsiyyət üçün əlverişlidir.
Əkizlər - Məkrli insanların şirin dilinə aldanmayın. Tələyə düşməyin, boş söhbətlərə qatılmayın. Təmkinli olun, qərarları düşünüb verin. Yaşanacaq olaylar ziddiyyətlidir və situasiyanın dəqiq qiymətləndirilməsi zərurəti yaranıb.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində yeni insanlarla qarşılaşacaqsınız. İşdə rəhbərliklə danışıqlarda emosiyalara qapılmayın. Çuğulçu və xəbərçi adamların davranışlarını izləyin. Belə müşahidələrdə xeyir var. Axşam saatlarında yola çıxmalı olacaqsınız.
Xərçəng - Diqqətli olun ki, günün ilk yarısındakı problemlər qulaqardına vurulmasın. Maraqlarınızı heçə sayanların qarşısını alın və ümumiyyətlə, belə adamlara heç nəyi etibar etməyin.
Maliyyə problemləri yarana bilər. Yardım üçün yaxınlarınız və ya dostlarınızdan birinə müraciət edə bilərsiniz. Alış-veriş və ya investisiyalarla bağlı qərarları müstəqil şəkildə qəbul edin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında yeni əlaqələr qura bilərsiniz. Pozulmuş münasibətləri normallaşdırın. Yaxınlarınız sizə həyan olacaqlar. Tərbiyəsiz, mədəniyyətsiz adamlarla əsla tərəfdaşlıq etməyin.
Şir - Sizə məxsus olan nəsnəyə yiyələnmək istəyən insan qanun çərçivəsidə cəcazalanmalıdır. Beləsi problemi məhkəməyədək barışıqla həll etməyə çalışsa da, ona inanmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmasa da, bunu bacaracaqsınız. Dəstək vəd etmiş insanlara bel bağlamayın. Problemləri özünüz həll edin. Müstəqil çalışın. İradəli və qətiyyətli olsanız, niyyətinizi gerçəkləşdirə bilərsiniz.
Günün ikinci yarısında kiçik gəlirlər olacaq. Maddi durumunuzu sürətlə yaxşılaşdırmağa can atmayın. Aramlı irəliləyiş düşünülməmiş qaçışdan daha məntiqidir. Axşam saatlarında yaxınlarınıza yardım etmək üçün bəzi işlərdən imtina etmək zərurəti yaranacaq. Heyfsilənməyin. Şəfqət və mərhəmət unudulmur.
Qız - Əlverişli zamandır, çünki günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Çətinliklər və sədlərə rəğmən niyyətinizə çatacaqsınız. Prosesi sadələşdirmək və asanlaşdırmaq üçün hiyləgərlik etməli olacaqsınız. Durum sizi narahat etməsin. Yaxın ətrafınızdakı insanlara zərər verməyin.
Günün ikinci yarısında işdə problemlərin müzakirəsi, rəhbərliklə görüşə can atmaq əsla məsləhət deyil. Subordinasiyanı kobud şəkildə pozaraq olmayan münasibətləri inkişaf etdirməyə çalışmayın. Özünü "qlamur" və ya "trenddəki insan" hiss edən insanların batininin puç olduğunu anlayın. Axşam saatlarında səhhətinizlə rasionunuza fikir verin.
Tərəzi - Əfsuslar olsun ki, narahat, gərgin zamandır. Situasiya əhvalınıza təsir edəcək. Aqressiv davranaraq özünüzü və ətrafınızdakı insanları usandırmayın. Yeni tanışlıqlar üçün əlverişli zaman deyil. Aradığınız informasiyanı əldə edə bilərsiniz.
Günün ikinci yarısında anlaşma, müqavilə və sənədləşdirmə ilə məşğul olun. Kommersiya fəaliyyətinizdə yeni çərçivələri təhlil edin. Maliyyə itkiləri ola bilər. Çağırıldığınız yerə gecikməyin. Axşam saatlarında ailənizlə birlikdə istirahət edin.
Əqrəb - Səmimiyyət, qayğıkeşlik və ünsiyyətdə rahatlıq sizə yeni dostlar, müttəfiqlər tapmağa imkan verəcək. Yeni münasibətlərə çox bel bağlamayın. Belə ünsiyyətlərin perspektivləri azdır.
Günün ikinci yarısında danışıqlarda ötkəm, qətiyyətli və iradəli olun. Düşünülməmiş addım, tələsik qərar sonradan pərişanlıq hissləri yarada bilər. Risklərdən çəkinməyin, yeni müstəvidə və istiqamətdə qüvvələrinizi sınayın. Seçimdə tərəddüd etməyin. Bələd olmadığınız insana inansanız, manipulyasiyaların qurbanı olacaqsınız. Axşam saatlarınızı açıq havada keçirin.
Oxatan - Yaxşı, əlverişli, rəvan zamandır. Ciddi ehtiyac duyulmursa, fəaliyyət istiqamətlərində köklü dəyişikliklərə başlamayın. Bəzi işlər maraqlı təsir bağışlaya bilər. Ancaq onlar sərf ediləcək səylərə dəyməz. Köhnə dostlardan, etibarlı müttəfiqlərdən biri vədinə əməl etməyəcək. Bel bağladığınız insan öhdəliklərini unudacaq. Günün ikinci yarısında anormal istiqamətdə cərəyan edəcək hadisələrə müdaxilə edin.
Aktiv olun, yaşam potensialınızın səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq. Yorğunluq riski çox azdır. Qəfil gəlir, hədiyyə və ya sürpriz ola bilər. Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Oğlaq - Günün ilk yarısında kommersiya və maliyyə işlərində uğurlar əldə edə bilərsiniz. Yeni sifariş və ya tapşırığı vaxtında yerinə yetirmək üçün ləng tərpənməyin. Tərəfdaşlar, müttəfiq və şəriklərlə danışıqlar pis keçməyəcək. Nüfuzlu insanlarla söhbətlərdə diqqətli olun. Yeni tanışlar sizi zahiri görkəminizə görə dəyərləndirəcəklər.
Günün ikinci yarısında məntiqsiz, ekstravaqant addımlar atmayın. Yaxın adamınız sizi qəfil xəbərlə sevindirəcək. Planlarınızda dəyişikliklər labüddür. Qıcıqlanmayın, aqressiv davranmayın. Axşam saatları etiraflar üçün münasibdir.
Dolça - Hər şey göründüyü kimi deyil. Günün ilk yarısında qəfil uğur, gözlənilməz nailiyyət ola bilər. Qarşınızda maraqlı imkanlar yaranır. Şəraitin əlverişli axarından yararlanmağa çalışın. Cəsur və qətiyyətli olun. Öz qüvvənizdən bədgüman olmayın, zəif düşməyin. Unutmayın ki, röyaları gerçəkləşdirməyin ən yaxşı yolu oyanmaqdır.
Günün ikinci yarısında yaxınlarınız sizə yaxşı məsləhətlər verəcəklər. Onlar sizin ideyalarınızı dəstəkləyəcəklər, maddi kömək edəcəklər. Dəyərli hədiyyələr ala bilərsiniz. Axşam saatlarını ailə üzvləri ilə ünsiyyətə həsr edin. Gəzintiyə də çıxa bilərsiniz.
Balıqlar - Yaxşı dostunuz varsa, güzgüyə qətiyyən ehtiyacınız yoxdur. Dostun dəyərini bilin.
Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün iradəli, qətiyyətli olun. İzafi səylərə, həddən artıq çalışmağa ehtiyac yoxdur. Özünüzü yormayın. Kənardan yardımlara və dəstəyə bel bağlamayın. Ağır işlərin öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Nəticə sizi pərişan etməyəcək. Susaraq qazandığınız dəyəri çox danışaraq itirməyin.
Günün ikinci yarısında təmaslarda sərvaxt, ehtiyatlı olun. Sizi aldatmağa, yanıltmağa çalışacaqlar. Kimlərsə bunu bilərəkdən, kimlərsə də doğru yol saydığı üçün edir. Sabiq həmkar və ya köhnə tanışla görüş ola bilər.
İşgüzar əlaqələriniz olduğu insanla sürəkli əlaqə saxlamağı unutmayın. Axşam saatlarında normal istirahət edin.
Milli.Az
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"