Qalib bəllidir: Azərbaycan xalqı! - Əli Cabbarov yazır
                22-12-2023 [12:57]
Əli CABBAROV
***
Ölkəmizin erməni faşizmi üzərində Böyük Qələbəsinin ardından Xankəndi şəhəri stadionunda daha bir tarixi qələbə qazanıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin başlama vuruşu ilə oynanılan “Qarabağ”- “MOİK” oyunu bütün dünyaya Böyük Zəfərimizi futbol dili ilə də elan etdi: top artıq Azərbaycanda, onun güclü rəhbərindədir!
Futbol 90 dəqiqədir və nəticəsi nə olursa olsun həmişə qazanan idman, fiziki sağlamlıq, sağlam düşüncə və insanlar arasında sülh və sevgi hisləridir. Odur ki, qalib dövlətimiz Qarabağı sonuncu separatist ünsürdən azad etdikdən sonra burada apardığı sürətli yenidənqurma işləri ilə paralel olaraq mühüm sosial-mədəni infrastruktur sahələrinin də yenilənməsinə ciddi fiikr vermiş və çox qısa müddətdə, cəmi 3 aya Xankəndi şəhər stadionunu da böyük futbol oyunları üçün yararlı hala salmışdır. Həmin stadion ki, hələ ötən əsrin ortalarında Azərbaycanın öz maliyyə vəsaitləri hesabına inşa edilmiş, burada gözəl yaddaqalan oyunlar keçirilmiş, işğal dövründə isə separatist ünsürlərin bərbad top meydançasına, erməni baş nazirin isə səy-səy bəyanatlarına şahidlik etmişdi.
Bu gün isə öz əsl sahiblərini mavi, qırmızı, yaşıl rəngləri ilə salamlayan Xankəndi stadionundakı oynanan futbol başlama vuruşundan final fitinə qədər bütün izləyicilərin yaddaşında xalqımızın böyük qələbəsinin simvolik bir rəmzi kimi qaldı. Beləcə, 30 il ərzində hər vasitə ilə “separatist oyunu” uzatmaq istəyən Ermənistan və onun Qarabağdakı tör-töküntüləri bu dəfə Xankəndi stadionunda böyük hesabla məğlubiyyətə uğradıldılar.
Azərbaycan futbolunun Avropada layiqli təmsilçisi “Qarabağ” futbol komandası öz doğma stadionuna qayıtmaqla dünya idman ictimaiyyətini də Qarabağa qaytarmağa nail oldu. Dünən əsl futbol bayramı yaşanan Xankəndinə toplaşan bütün insanlar, istər “Qarabağ”, isərsə də “MOİK” azarkeşləri, dəvət olunmuş veteran futbolçular, elə sahədəki futbolçular özləri də 30 ildən sonra bu torpaqlara qayıdan böyük sülhü, onun böyük memarı Prezident İlham Əliyevi ayaqda alqışladılar. Dünya gördü ki, Azərbaycan xalqı öz torpaqlarına mədəniyyət, musiqi, turizm və idmanla qayıdır. Bunlar həmin sahələrdir ki, bütün dünyada, elə bu gün Azərbaycanın qələbəsini həzm edə bilməyən bəzi Avropa ölkələrində sosial-mədəni inkişafın əsas göstəriciləri hesab olunurlar. Onların əksinə olaraq Xankəndi stadionunda səslənən möhtəşəm Azərbaycan himnini əli ürəyinin başında oxuyan minlərlə insan dünyaya xalqımızın sülh, əməkdaşlıq tərəfdarı olduğunu, bizim heç vaxt müharibə tərəfdarı olmadığını bir daha sübut edib, yeni bir tarixi dövrün də başlandığına şahidlik etdilər.
Xankəndindəki futbol oyununa qədər Azərbaycan erməni faşizminə, onu bəsləyən qüvvələrə sarsıdıcı zərbələr edirib. Xankəndi stadionunda meydana çıxan “MOİK” futbolçularına azarkeşlik edən əsgərlərmiz hələ üç il əvvəl düşmənə endirdiyi dəmir yumruq zərbəsi ilə bütün Cənubi Qafqazdakı reallıqları yenidən formalaşdırdılar. Dünən isə dövlət başçımızın meydanını mərkəzindəki topa endirdiyi ilk zərbə siyasət oyunçularına da bir ustad dərsi olmaqla yarışan bütün tərəflərə sağlam rəqabət aparmağı, çalışmaqla, dinc əməkdaşlıqla qalib gəlməyin yolunu göstərdi.
Ölkə Prezident göstərdi ki, Azərbaycaının Xankəndindəki möhtəşəm Zəfər paradı hələ davam edir və bundan sonra işğal izlərinin aradan qaldırılacağı hər bir şəhərimizdə eyni təntənə davam edəcək. Şübhəsiz, regionda gedən bütün siyasi oyunları dərindən oxuya bilən dövlət başçımız istədiyi oyunçuya qırmızı, istədiyinə sarı vərəqə göstərməklə kimin Cənubi-Qafqazda baş hakim olduğunu hər yerdə deyə biləcək gücdədir. Ona görə də Xankəndidəki bu tarixi oyun, ölkəmizdə Xalq-Ordu birliyinin təntənəsi kimi bütün dünya ölkələrinin siyasi liqaları arasında ən güclüsünün məhz Azərbaycanda olduğunun da bir nümayişi idi. Odur ki, bu oyundan sonra hər kəs — istər revanşistlər, istər küskünlər, istərsə də onları qızıdıran azarkeşlər papaqlarını qabaqlarını qoyub bir daha düşünməli, siyasətdəki “fair-play” qaydalarına ciddi əməl etməlidirlər.
Azərbaycanda da çox sevilən futbol milyonların oyunudur və dünyada azarkeş kütləsinə və iqtisadi dövriyyəsinə görə ön sırada olan bir idman növüdür. Futbol həvəskarlarının yaddaşında gözəlliyinə və tamaşaçı marağına görə yüzlərlə, bəlkə də minlərlə oyun iz buraxmışdır. Ancaq, tarixi-bəşəri dəyərinə görə iki futbol oyunu hər zaman yaddaşlarda qalacaq.
Birinci belə oyun 109 il əvvəl məhz eyni tarixdə, 1914-cü ilin dekabrın 25-də Birincü Dünya müharibəsində düşmən tərəflər olmuş ingilis və alman əsgərlərin Yeni il ərəfəsində Belçikanın Varneton şəhəri ətrafındakı üzbəüz səngərlərdən çıxaraq yoldaşlıq oyunu keçirmələri olmuşdur. Avropa futbolunun baş idarəsi UEFA tərəfindən isə həmin futbol matçında iştirak etmiş əsgərlərin şərəfində 100 il sonra abidə qoyulmuşdır. İkinci belə bir tarixi əhəmiyyətli oyunun Xankəndində keçirilməsi isə regionda yeni müharibə senariləri cızanların bütün planlarını alt-üst etməklə, yeni oyun qaydalarının da yazılmasında bir dövrün başlanğıcı oldu: ədalətli olan gec-tez qalib olacaq.
Əgər yeni oyun başlasa bu dəfə “Qarabağ” – “Zəngəzur” arasında olacaq!
MİA.AZ
"Qarabağ"- "Çelsi" oyunu... - Qurban Qurbanov klubun bliet satışına problem yaradılmasına belə cavab verdi (VİDEO)
Əkrəm İmamoğlunun atası və oğlu istintaqa çağırılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır
Özbəkistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Məhkəmə ilə bağlı yeni sistem yaradılacaq - Fərman imzalandı
Prezident İlham Əliyev daha bir fərman imzaladı - Detallar
Bakı metrolarında yeni ödəniş forması tətbiq olunub
Məktəblərdə bayram tətili... - Agentlik açıqlama yaydı
Parada görə marşrutların istiqaməti dəyişdirilir, bəzləri müvəqqəti işləməyəcək - SİYAHI
“Azercell”in dəstəyi ilə şəhid övladları üçün II İntellektual Marafon keçirildi - FOTOLAR
Mikayıl Cabbarov Rövnəq Abdullayev və komandasını "vurdu" - “SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”
Ramiz Mehdiyevin vəkilləri şikayətləri geri götürüb - Yeni detallar
HANSI SAHƏLƏRƏ VERGİ GÜZƏŞTLƏRİ OLACAQ? - Nazir sadaladı
Bu qurumların layihələrinə vəsait ayrılmayacaq
AzTV-də 26 milyon manat hara yoxa çıxıb? - Açıqlama
Ramiz Mehdiyevin oğlundan xəbər var: "Hər gün işə gəlir və..."
Fəzail Ağamalının nikahdankənar oğlu... - İki də nəvəsi varmış
Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib
Maştağa və Albalılıqda işıq olmayacaq
AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb
Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb
Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ
Binəli Yıldırım: Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi cəmi 70 milyard dollardır
Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib
İranda neft emalı zavodunda güclü yanğın baş verib
Bakıda vətəndaşa əlillik dərəcəsi almaqda kömək edəcəyinə yalan vəd verən qadın saxlanılıb
Zəfər Günü ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb
Lənkəranda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb
Qafqaz Müsəlmanları İdarəsində şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib
Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb
Siyəzəndə yeni doğulan körpə ölüb
Xəzər sahilində 112 ölü suiti aşkarlanıb
Azərbaycan nefti cüzi bahalaşdı
Gənclərimizi “zəhərləyən” “Bizon”... - Deputatdan çağırış
"Emin Əmrullayev maaşını alıb?"
Çempionlar Liqası: bu gün 9 oyun oynanılacaq
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb