PRAQADA UNİVERSİTETDƏ QƏTLİAM: 24 yaşlı tələbə 15 nəfəri öldürdü, 30-nu yaraladı - VİDEO/FOTOLAR

img

22-12-2023 [00:02]


Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin Fəlsəfə fakültəsində qətliam yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çarlz Universitetinin fəlsəfə fakültəsinin 24 yaşlı tələbəsi, çex əsili David Kozak universitet binasının eyvanına çıxaraq tələbələri "ovlamağa" başlayıb.

İlkin məlumata görə, o, durbinlə təchiz olunmuş avtomat silahla 15 nəfəri öldürüb, 9-u ağır olmaqla 30 nəfər yaralayıb.

Qətliam zamanı tələbəvə müəllimlər can hayı ilə qaçışmağa başlayıb. Bəzi tələblər binanın damına çıxaraq xilas olunmağı gözləyiblər.

Tələbıələrdən biri isə qatilin dərs otağına girmək istədiyini, ancaq qapıya yığdıqları stol-stulun köməyi ilə onun buna nail ola bilmədiyinin fotosunu paylaşıb.

Məlumata görə, universitetə yönlənən təhlükəsizlik qüvvələri Dacid Kozakı öldürməklə zərəriszləşdiriblər.

Firudin Səfərli

MİA.AZ

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR