Türk ordusu daha 14 hədəfi məhv edib - İraqın şimalında

img

21-12-2023 [00:15]


Türkiyə ordusu İraqın şimalına növbəti əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinada xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, bu gün İraqın şimalındakı Qara, Hakurk və Qəndildə PKK terrorçularına qarşı həyata keçirilən hava əməliyyatında 14 hədəf məhv edilib: "Ölkə daxilində və sərhəddən kənarda terrorla mübarizədə qətiyyətlə aramsız mübarizəmiz davam edir. Terror aktlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə İraqın şimalında yerləşən Qara, Hakurk və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatlarında mağara, bunker, sığınacaq və anbarlardan ibarət 14 hədəfdəki bir çox terrorçular məhv edilib".

Lamiyə Əhmədli 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA