Ərdoğan Sisi ilə telefonda müzakirə aparıb

img

20-12-2023 [22:30]


Bu gün Türkiyə Prezident Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb.

Mia.az Türkiyə mətbuatına istinada xəbər verir ki, tərəflər İsrailin Fələstin ərazisinə hücumları və Qəzzaya humanitar yardım çatdırmaq səyləri ətrafında fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan İslam ölkələrinin birlik içində qalıcı atəşkəsin təmin edilməsi üçün başlatdıqları səylərin davam etdirilməsinin vacib olduğunu bildirib.

Ərdoğan, həmçinin yenidən Misir prezidenti seçilən Sisiyə uğurlar arzulayıb. O, yeni dövrün Türkiyə-Misir münasibətləri üçün faydalı olacağına ümid etdiyini qeyd edib.

Lamiyə Əhmədli 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR