Polşa iqtidarında böhran: Prezident parlament sədrinə məktub yazdı, "buna imkan verməyəcəyəm" dedi

img

20-12-2023 [14:09]


Polşa prezidenti Anjey Duda Seym (parlament) sədri Şimon Holovniyaya təhdidvari məktub yazıb.

Mia.az xarici mətbuata istinada xəbər verir ki, Prezident Duda məktubunda onun təyin etdiyi məhkəmə hakimlərinin statuslaırnın dəyişdirilməsinə imkan verməyəcəyini açıqlayıb: “Konstitusiyanın 126-cı maddəsinin 2-ci bəndinə əsasən, Polşa Prezidenti tərəfindən təyin olunan hakimlərin statusunun sorğulanmasına heç vaxt razı olmayacağam".

Xatırladaq ki, ölkədə yeni qurulan koalisiya hökuməti ilə tanınan Dudanın ulduzu barışmır.

Belə ki, Donald Tuskun rəhbərlik etdiyi hökumət  məhkəmə sisteminin siyasiləşdiyini iddia edərək burada struktur dəyişiklikləri etməyi planlaşdırır.

Hüquq və Ədalət Partiyası da məhkəmə sistemini siyasiləşdiyini və prezident Dudanın təyinatlarının da siyasi xarakter daşıdığını iddia edib.

Lamiyə Əhmədli 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq