Livanın baş naziri: "İsrail bizim kəndləri, əkin yerlərimizi yandırır” 

img

19-12-2023 [15:54]


"Biz hər sahədə İsrailin hücumlarına dirənir, müqavimət göstəririk".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Livanın baş naziri Nəcib Mikati paytaxt Beyrutda Nazirlər Şurasının iclasındakı çıxışında deyib.

 O, İsrailin oktyabrın 8-dən bu yana Livanın cənubuna hücumlarından geniş söz açaraq bildirib ki, Qəzza zolağında baş verənlər soyqırımdlr.

Livanın cənubuna hər gün baş verən hücumlar səbəbiylə 74 gündür böyük iztirablar yaşandığını bildirən Mikati qeyd edib ki, ölkəsinin cənubu İsrailin hücumlarının qurbanıdır: "Onlar bizim kəndləri, torpaqları, bütün əkin yerlərimizi yandırırlar”. 

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA