İraqda seçki: əhali 10 sonra bələdiyyə üzvləri seçir

img

18-12-2023 [10:36]


İraqda 10 ildən sonra bələdiyyə seçkiləri keçirilir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2 gün əvvəl İraqda "xüsusi səsvermə" çərçivəsində təhlükəsizlik qüvvələri səs veriblər.

Federal hökuməti olan İraqda bu seçkilərə İraq Kürd Regional Rəhbərliyinə (KRG) daxil olan şəhərlər daxil deyil.

Təxminən 16 milyon insanın səsvermə hüququna malik olduğu ölkədə müxtəlif partiya və alyanslardan ümumilikdə 5904 namizəd 275 yer uğrunda mübarizə aparır: "275 yerdən 70-i qadın kvotasına ayrılıb".

Səsvermə Bakı vaxrtilə saat 19.00-da başa çatacaq.

Onu da qeyd edək ki, İraqın nüfuzlu şiə dini və siyasi lideri Müqtəda əs-Sədr bu seçkiləri boykot edib.

Əyalət şurası seçkiləri 4 ildən bir keçirilməlidir. Lakin 2013-cü ildən sonra İŞİD terror təşkilatının hücumlarına görə seçkilər keçirilməyib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq