13-06-2014 [11:04]
Son günlər xalq artisti, rəqqas Kamil Dadaşov, baletmeyster Şəhriyar Cəfərov, hind rəqslərinin ifaçısı Oksana Rəsulova və milli rəqslərin ifaçısı Fatimə Fətəliyeva arasında qalmaqal yaşanmaqdadır.
Oksana Rəsulova ilə Fatimə Fətəliyeva arasında yaradıcılıq qalmaqalı artıq bir neçə ildir ki, davam edir. Maraqlıdır ki, son qalmaqal zamanı Kamil Dadaşovla Şəhriyar Cəfərov da Fatiməyə qarşı çıxaraq, onun sənətini bəyənmədiklərini bəyan ediblər. Onlar Fatiməni həvəskar rəqqasə adlandırıblar.
Ailem.az Fatimə Fətəliyevanın teleqraf.com-a verdiyi müsahibəni təqdim edir.
- Həmkarlarınızın sizin barənizdə tənqidi fikirləri nə ilə bağlıdır?
- Mən onların dediklərini, fikirlərini boş verirəm. Çünki onların fikirləri mənə maraqsızdır. Haqqımda danışan insanlar mənim sənətdə etdiklərimin 1 faizini reallaşdırmayıblar. Onlar mənim sənətdə gördüyüm işlərin cüzi bir hissəsini etsinlər, sonra haqqımda danışmaqlarına icazə verərəm. Vallah, o insanlar mənim heç yadıma da düşmürlər ki, nə danışdıqları maraqlı da olsun. Axı onlar kimdirlər ki, məni bəyənməsinlər, haqqımda rəy bildirsinlər? Məni müəllimlərim, professional korifey sənətkarlar bəyənir.
- Bu dedikləriniz güman ki, xalq artisti Kamil Dadaşova şamil olunmur?
- Kamil Dadaşov mənim haqqımda dediklərinə peşman olub. Zəng vurun, özündən soruşun. O, deyir ki, mən yaşlı kişiyəm. Ola bilər ki, səhv danışmışam. O boyda kişi üzrxahlıq elədi. Yəni Kamil Dadaşov...
- Oksana Rəsulova ilə aranızdakı qalmaqal niyə səngimir?
- O, kimdir axı? Oksana ümumiyyətlə, rəqqasəsidir ki? Başa düşmürəm, biz Hindistanda yaşayırıq ki, hind rəqslərini təmsil edək? O, hələ getsin bizim rəqsləri öyrənsin. Sonra gəlsin, mənimlə sənət söhbəti etsin. Oksana Rəsulova bunu dedi, onu dedi. Nə dedisə, cəhənnəmə desin. O insan mənə maraqsızdır. Dediyi bütün sözlər özünə aiddir, mənə deyil.
- Şəhriyar Cəfərov deyir ki, Fatimə Fətəliyeva həvəskar rəqqasədir...
- Mən onlara vızıldayan milçək deyirəm. Şəhriyar da balet oynayandır, getsin baletini oynasın. Ayağını qaldırsın göylərə, balet oynasın. Onun heç milli rəqslərdən başı çıxmır. Şəhriyar yaxşı rəqqas olsaydı, onu İncəsənət Gimnaziyasından qovmazdılar. Şəhriyar Təranə Muradova, Afaq Məlikovanı bəyənmir. Ümumiyyətlə, bu insan özündən başqa heç kimi bəyənmir. Yox, durub, məni bəyənəcək?!
- Onların bu qalmaqalı yaratmaqda məqsədləri nədir?
- Mən onlardan çox pul qazanıram. Onlar da bundan havalanırlar. İstəyirlər ki, qalmaqal edib, çox pul qazansınlar. Allah hamının ruzisini ağlına görə versin ki, onları da tədbirlərə çağırsınlar. Əziyyət çəkib, pul qazansınlar. İşləsinlər, özlərini dolandırsınlar. Mən yenə də deyirəm və sözlərimin üstündə dayanıram. Sponsor gücünə özümü Fatimə etməmişəm. Bu səhnəyə heç bir kişinin sayəsində deyil, sənətimlə gəlmişəm.
- Oksana Rəsulova deyib ki, sizə qarşı faktlarla danışacaq. Söhbət hansı faktlardan gedir?
- Bilmirəm. Hansı faktlardan danışır? Mən ailəli olmuşam, boşanmışam. Birinci uşağım ilk evliliyimdəndir. Bunların amma gör neçə yaşları var, 80 dəfə ərə gedib, amma nə uşaq var, də ki, ailə... İkinci dəfə ailə qurmuşam və şükür Allaha ki, bu evlililiyimdən də oğlum var. Hansı faktdan söhbət gedir? Bəlkə məni 6 kişi birdən saxlayır? Bəlkə hansısa nazir, yaxud "Rusyetdə” hansısa biznesmen pul buraxır? Gedib öz sandıqlarını da töksünlər, pambıqlarını da... Şükür Allaha, mənim həyatım göz önündədir. Mən gecələr, kafelərdə, barlarda, orada-burada gəzmirəm. İşimdə, gücümdəyəm. Onlar kimdilər axı? Mənim səviyyəmdə olan insan deyillər. Onlar mənə söz atırlar ki, bununla özlərini reklam etsinlər. Oksana mənim sayəmdə gəlib önə çıxdı, tanındı. Şəhriyar da bunu görür və özünü Fatimə adı ilə reklam edir. Amma bu alınmayacaq. Çünki mənim heç kimi reklam etməyə həvəsim yoxdur. Mən Azərbaycana haradansa gəlib, "lyubovniklərin”, sponsorların hesabına Fatimə olmamışam.
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var