Parlamentdə yıxılaraq vəfat edən deputat dəfn olunub
15-12-2023 [17:09]
Türkiyə Böyük Millət Məclisində çıxış edərkən yıxılan və müalicə aldığı xəstəxanada dünyasını dəyişən Səadət Partiyasının Kocaelidən olan deputatı Həsən Bitməzin bu gün dəfn olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda Fatih məscidində cümə namazından sonra keçirilən dəfn mərasiminə deputatın atası Salih Bitmez və ailəsi ilə yanaşı, 11-ci prezident Abdullah Gül, CHP sədri Özgür Özəl, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu, DEVA Partiyasının sədri Əli Babacan, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Bələdiyyə Başçısı Əkrəm İmamoğlu, AK Partiya İstanbul şəhər təşkilatının sədri Osman Nuri Kabaktepe, CHP İstanbul təşkilatın sədri Özgür Çelik, xarici ölkə nümayəndələri, bəzi millət vəkilləri, bələdiyyə başçıları və çox sayda partiya üzvü və vətəndaşlar qatılıblar.
Xatrladaq ki, 1969-cu ildə Giresunda anadan olan Həsən Bitmez ali təhsilini Misirin Əl-Əzhər Universitetində başa vurub.
Milli Gənclik Vəqfində müxtəlif səviyyələrdə çalışan Bitmez 2000-ci ildə "Anadolu Gənclik" Jurnalını təsis edib və jurnalın baş redaktoru vəzifəsində çalışıb.
Gebze İmam Hatip Liseyi Məzunları Dərnəyinin qurucularından olan Bitmez Beynəlxalq Gənclər Forumunun sədri vəzifəsində çalışıb.
Həmçinin İslam Tələbə Təşkilatları Federasiyasının idarə heyətinin üzvü olan Bitmez Səadət Partiyası və Cansuyu Həmrəylik Dərnəyinin yardımlarının İndoneziya, Çad, Kamerun, Nigeriya, Sudan, Qana və Hindistan kimi bir çox ölkəyə çatdırılmasını təmin edib.
Siyasət karyerasına Rifah Partiyası Gebze Təşkilatında başlayan Bitməz Fazilet və Səadət partiyalarında müxtəlif vəzifələrdə çalışıb.
Səadət Partiyasının da sədr müavini olan Bitməz 14 may seçkilərində Kocaelidən millət vəkili seçilib.
Ərəbcə və ingiliscə danışan Bitmez evli idi və bir övladı var idi.
Tahir
MİA.AZ
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər