Çin: "Türkiyə müdafiə sahəsində böyük inkişafa qədəm qoyub"

img

15-12-2023 [12:34]


Türkiyənin müdafiə sənayesindəki irəliləyişləri Çində yaxından izlənilir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çində çıxan və Müdafiə Nazirliyinə məxsis olan "Ordu" qəzeti Türkiyə PUA-ları və gəmiləri ilə bağlı məqalə dərc edib.

Məqalədə bu ilin oktyabr ayında Türkiyə PUA-larının və yeni dəniz gəmiərinin möhtəşəm sınaqlarına geniş yer verilib: "Bu sınaqlar öz sahələri üzrə bir ilk olub. Türkiyə çox sürətlə müdafə sənaye sahəsini inkişaf etdirir. Artıq dünyanın qabaqcıl ölkələri Türkiyə sənayesinə, xüsusilə PUA-larına böyük maraq göstərirlər..."

Məqalədə o da vurğulanıb ki, son illər Türkiyənin dəniz və hava hücumu istiqamətində imkanları geniş və təsirli səviyyəyə yetişib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA