Hizbullahla İsrail hərbçiləri arasında qarşılıqlı atışma davam edir

img

14-12-2023 [13:43]


Hizbullah Livanın cənubundakı İsrail hərbi məntəqəsinə raket zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Hizbullah sosial media hesabında yayıb.

Bildirilib ki, Şumira qəsəbəsində İsrail əsgərlərinin toplaşdığı bir nöqtəyə raket atılıb: "Hədəf tam əqüiqliklə vurulub. israil hərbçiləri aarsında ölən və yaralananlar var".

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə isə, İsrail artilleriyasıi ölkənin cənubundakı Alma əş-Şaab və Nakura qəsəbələri ilə Xiyam qəsəbəsi ətrafını bombalayıb.

Xatırladaq ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən toqquşmalarda 103 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Firudin Səfərli 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR