İsraildən daha bir açıqlama: "ABŞ-la fikir ayrılıqları var, ancaq atəşkəs olmayacaq"

img

14-12-2023 [09:46]


"ABŞ ilə fikir ayrılıqları var, Qəzzada atəşkəs olmayacaq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail Baş Nazirinin sözçüsü Ofir Gendelma mətbuat konfransında deyib.

O, Təl-Əviv və Vaşinqton arasında bəzi fikir ayrılıqlarının olduğunu etiraf edib: "Bəli, atəşkəslə bağlı belə bir fikir ayrılığı var. Ancaq bu, Qəzzada hazırda atəşkəsə gedəcəyimiz demək deyil. Dünya qarşı çıxsa da, atəşkəs olmayacaq. Biz atəşkəsə getməklə HƏMAS-a yenidən toparlanmağa imkan verə bilmərik. Həması məhv etdikdən sonra isə atəşkəsdən danışmaq olar. Bu səbəbdən BMT  Baş Assambleyasında atəşkəs çağırışı qərarını rədd edirik".

Sözçü daha sonrakı suala cavabda deyib ki, ABŞ-la aralarında Qəzzanın müharibədən sonrakı gələcəyi barədə də aralarında fikir ayrılığı var: "ABŞ hazırda HƏMAS-a qarşı Təl-Əvivin yanındadır, lakin Amerika ilə müharibədən sonrakı proseslə əlaqəli fikir ayrılıqları var. Ancaq bu mövzuda ümid edirik ki, ortaq bir anlaşma əldə edə biləcəyik".

Xatırladaq ki, iki gün əvvəl Qəzzada atəşkəs haqqında qanun layihəsi 153 ölkənin səsi ilə BMT Baş Assambleyasında qəbul edilib.

Misirin irəli sürdüyü və Türkiyə də daxil olmaqla 100-ə yaxın ölkənin birgə təqdim etdiyi qətnamə layihəsinə cəmi 10 ölkə - İsrail və ABŞ, həmçinin Avstriya, Çexiya, Qvatemala, Liberiya, Mikroneziya, Nauru, Papua Yeni Qvineya və Paraqvay qarşı çıxıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR