Almaniyada məscidə təhdid və təhqir dolu məktub göndərilib: "...əcnəbilər rədd olsun"

img

14-12-2023 [00:15]


Almaniyanın Münster şəhərindəki məscidə müsəlmanları və mühacirləri hədəf alan təhdid və təhqir dolu məktub göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı Türk-İslam Diyanət İşləri Birliyi təsdiqləyib.

Bildirilib ki, Münster Mərkəz Məscidinə göndərilən məktubda “Almaniya almanlarındır, əcnəbilər rədd olsun" tipli irqçi ifadələr yer alıb.

Münster Mərkəz Məscid Birliyinin rəhbəri Fəttah Çavuş təhdiddolu xəbərdarlıqdan narahat olduqlarını gizlətməyib: "Təəssüflə bildiririk ki, Almaniyada əcnəbilərə və müsəlmanlara qarşı düşmənçilik hər keçən gün artmaqdadır. Səlahiyyətlilərdən cinayətkarları tapıb, dərhal lazımi cəzanı almasını gözləyirik".

Məlumata görə, məktubla bağlı cinayət işi açılıb, göndərən axtarılır.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq