"Qəddar" serialının ilk fraqmenti yayıldı - VİDEO

img

13-12-2023 [15:00]


Baş rolda Çağatay Ulusoyun yer aldığı FOX TV-də yayımlanacaq "Qəddar" serialının maraqla gözlənilən ilk treyleri yayımlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, serial yeni ilin ilk cümə axşamı efirə çıxacaq.

Məlumata görə, baş rollarda Çağatay Ulusoy, Sümeyye Aydoğan və Onur Saylakın oynadığı, digər rollarda isə Erdal Özyağcılar, Laçin Ceylan, Hakan Salınmış, Müge Bayramoğlu, Deniz Özerman, Neslihan Yeldan, Fatih Berk Şahin, Musab Ekician və Uğ Yıldırın yer aldığı "Qəddar" serialı uzunmüddətli hərbi xidmətdən evə qayıdan Dağhanın (Çağatay Ulusoy) həyatındakı dəyişiklikdən bəhs edir. 

Sevdiyi qız Aydan (Sümeyye Aydoğan) ona demədən ayrılır, qardaşı Rüzgar (Fatih Berk Şahin) qaranlıq bir dünyaya düşür.

Dağhanın həyatında qəddarlığa çevrilməsi, birdən-birə alt-üst olmasından bəhs edən serialın təqdimatını Erkin Korayın Qəddar mahnısı müşayiət edir.

Ləman

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq