BMT Qəzzada təcili atəşkəsə çağırıb - 153 ölkə qətnaməyə səs verdi
13-12-2023 [09:58]
BMT Qəzzada təcili atəşkəsə çağırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT Baş Assambleyası qətnamə qəbul edib.
Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinin əleyhinə 10 ölkə çıxsa da, 153 ölkənin səsi ilə qəbul oluub edib.
Məlumata görə, Misirin irəli sürdüyü və Türkiyə də daxil olmaqla təxminən 100 ölkənin birgə təqdim etdiyi qətnamə layihəsi BMT Baş Assambleyasının 193 üzvü olan Fələstin Xüsusi Fövqəladə Sessiyasında səsə qoyulub.
Qətnamə layihəsi 23 “bitərəf” və 10 “xeyr” əleyhinə olmaqla 153 səslə qəbul edilib.
“Xeyr” deyən ölkələr Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua Yeni Qvineya, Paraqvay və ABŞ olub.
Qərarda BMT Nizamnaməsinə və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının Fələstinlə bağlı qəbul etdiyi bütün qətnamələrə istinad edilib.
Qərarda BMT-nin Baş katibi Antonio Quterreşin BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək Şuraya göndərdiyi məktuba və BMT-nin Yardım və İşlər üzrə Agentliyinin Baş Komissarı Filip Lazzarininin Baş Assambleyaya göndərdiyi məktuba istinad edilib. Yaxın Şərqdə Fələstinli Qaçqınlar (UNRWA) Qəzza zolağında dəhşətli humanitar vəziyyətə və Fələstin xalqının iztirablarına diqqət çəkərək, bütün vətəndaş cəmiyyətlərinin qorunmalı olduğu bildirilib.
Qətnamə təcili humanitar atəşkəsə çağırıb və bütün tərəfləri beynəlxalq hüquq çərçivəsində, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.
Qərarda bütün əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsi və humanitar yardımların əldə edilməsi tələb edilib.
Qəzzada humanitar atəşkəs tələb edən qətnamə BMT Baş Assambleyası tərəfindən oktyabrın 27-də 121 səslə qəbul edilib. Maraqlıdır ki, hazırkı qərarın lehinə səs verən ölkələrin sayı 153-ə yüksəlib.
Tahir Şəlvəli
MİA.AZ
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...