Rəsmi Moskvadan ABŞ-a təpki: "Bu, o deməkdir ki..."

img

12-12-2023 [00:08]


Rəsmi Moskva ABŞ-a BMT Təhlükəsizlik Şurasındakı davranışına etiraz edib.

Mia.az xarici mətuata istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

XİN  ABŞ-ın Qəzzada atəşkəsin elan olnması barədə BMT TŞ-də qətnaməyə veto qoymasının sağlam məntiqə sığmadığını bildirib: "ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyması bölgədə qan tökülməsinə razılıqdır. Bu, o deməkdir ki, Qəzzada hələ qan töküləcək və dəhşətli fəlakətlər davam edəcək".

Xatırladaq k, Qəzzada təcili atəşkəs layihəsi ABŞ vetosu ilə bloklanıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR