Putin prezidentliyə rəsmən iddiasını açıqladı - MSK-ya sənəd göndərildi

img

11-12-2023 [17:38]


Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin mart ayında ölkədə keçiriləcək prezident seçkilərində namizəd olacaq.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə onun seçkidəki vəkilləri artıq bu gün Mərkəzi Seçki Komissiyasına müvafiq sənədləri təqdim ediblər.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev Moskvada jurnalistlərə açıqlamasında faktı təsdiqləyib: "Putinin qanuna uyğun olaraq prezident seçkilərində namizəd olacağına dair bildiriş aldıq".

Xatırladaq ki seçki 2024-cü il martın 17-də keçiriləcək.

Rusiya prezidenti Putin dekabrın 8-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Rusiyada son prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Putin 76,69 faiz səslə prezident seçilib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR