Sabiq nazirin oğlu 71 yaşlı qadını maşınla vurdu - VİDEO

img

11-12-2023 [10:58]


İstanbulda Yəmənin keçmiş müdafiə nazirinin oğlu Musaid Hüseyn dünən qəza törədib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulun Bəyoğlu səmtində yolu keçəmn 71 yaşlı Pakizə Özer avtomobillə vurulub.

İlkin araşdırma ilə avtomobili idarə edən şəxsin Türkiyəyə müalicə üçün gəldiyi bildirilən Yəmənin keçmiş müdafiə nazirinin oğlu Musaid Hüseyn olduğu blli olub.

Məlumata görə, o, saxlanılsa da, sonradan polis nəzarətinə verilməklə sərbəst buraxılıb: "Qadın isə xəstəxanaya apaırlıb, vəziyyəti ağırdır".

Xatırladaq ki, təxminən 10 gün əvvəl İstanbulda Somali prezidentinin oğlu Mohammed Hassan Shekh Mohamud da qəza ilə adam öldürüb.

Lakin o, hadisədən sonra ölkədən qaça bilib. Hazırda Türkiyə onu axtarışa verib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq