Medvedev yenə 3-cü dünya müharibəsi təhlükəsindən danışdı: "Bayden bu seçkidə uduzacaq"

img

08-12-2023 [15:12]


"NATO ilə 3-cü dünya müharibəsinə çevrilə biləcək birbaşa münaqişə təhlükəsi var".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedev Telegram kanalında ABŞ prezidenti Co Baydenin Ukraynaya yardım da daxil olmaqla 105 milyard dollarlıq büdcə tələbinin Senatda rədd edilməsini şərh edib.

Bayden administrasiyasının Konqresə "şantaj" etdiyini və bunun ABŞ tarixində yeni bir şey olmadığını iddia edən Medvedevin sözlərinə görə, daha əvvəl konqresdən heç vaxt parçalanma mərhələsində olan bir dövlət üçün bu qədər pul istənilməyib: "ABŞ prezidentini və onun ailə üzvlərinin bataqlığa batdığı bir ölkə 9Ukraynanı nəzərdə tutur - Mia.az) üçün heç vaxt bu qədər aqressiv və həyasızcasına pul istənilməmişdi...".

ABŞ administrasiyasının Ukrayna müharibəsindən pul qazandığını iddia edən Medvedev bildirib ki, Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində məğlub olma ehtimalı yüksəkdir.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq