ZƏLZƏLƏDƏN NECƏ QORUNMALI?! - Geologiya üzrə fəlsəfə doktorundan izahat
07-12-2023 [12:18]
Ümumi məlumat
Zəlzələ - Yer qabığının dərinliklərində toplanan potensial (sükunət) enerjinin müxtəlif səbəblərdən kinetik (hərəkət) enerjiyə çevrilməsi, nəticədə yer səthinin ani vaxt ərzində titrəməsinə deyilir. Zəlzələ haqqında Qurani-Kərimdə (“99” əz-Zilzal surəsi) surə də vardır. Doğrudur, zəlzələlər də Allahın bəlasıdır, amma hələ əcəl demək deyil, onlardan qorunmaq olar və lazımdır.
Zəlzələlər həm yer qabığında baş verən geoloji proseslərlə (layların sürüşməsi, sınması, yerini dəyişməsi və s.) əlaqədar təbii, həm də partlayış, su bəndlərinin doldurulması və dağılması ilə əlaqədar süni olaraq baş verə bilər. Vulkanların püskürməsi zamanı da müvafiq yeraltı təkanlar ola bilər. Birincilər tektonik, ikincilər denudasiya, üçüncülər isə vulkanik zəlzələlər adlanır. Bir qayda olaraq, tektonik zəlzələlər daha güclü olur və böyük dağıntılara səbəb olur. Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunami və yer sürüşmələri yarada bilər və nəticədə çoxlu sayda insan tələfatına səbəb ola bilər.
Düşünürəm ki, burda “tektonik” silah adlandırılan, guya ki, süni yaradılan istiqamətli, ünvanlı zəlzələlər haqqında bir-iki kəlmə demək yerinə düşərdi. Həm də bu məsələni gündəmə gətirən, yalanı həqiqət kimi qələmə verən “ekspertlər”ə layiqli cavab olardı. Yer qabığının quruluşundan az-çox xəbərdar olanlar bilir ki, burdakı laylar və laylardakı çatlar biristiqamətli deyil, yüzistiqamətlidir, bir-birini neçə dəfə kəsir, sınır, düşür, qalxır, neçə dəfə istiqamətini dəyişir. Bu çatlarla nəinki böyük bir enerjini, qüvvəni, hətta adi bir siqnalı A nöqtəsindən B nöqtəsinə (horizontal) istiqamətli ötürmək mümkün deyildir...
Hal-hazırda zəlzələnin baş verəcəyini qabaqcadan xəbər vermək üçün dünyanın qabaqcıl ölkəlıri böyük maliyyə vəsaitləri ayırır, fundamental elmi tədqiqatlar aparılır. Lakin bu sahədə lider sayılan Yaponiya, ABŞ və Çində aparılan işlər həlilik elə bir ciddi nəticə vermir. Məsələ ondadır ki, zəlzələdən əvvəl (forşok) və sonra (avtoşok) müəyyən titrəyişlər qeydə alınır. Zəlzələləri proqnozlaşdırmaq da forşokları qeyd etmək üsuluna əsaslanır. Amma forşokları avtoşoklardan ayırmaq mümkün deyil, deməli bu üsul da mütləq deyil. Yəni hər zəlzələdən əvvəl mütləq forşoklar qeydə alınır, hər forşokdan sonra zəlzələnin olması isə mütləq deyil.
Məsələn, Çində bir dəfə bu üsulla proqnozlaşdırılmış zəlzələ təhlükəsi gözlənilən ərazidən bütöv bir şəhər evakuasiya olunmuş və əhali baş vermiş zəlzələdən xilas olmuşdu. Lakin sonralar anoloji metodlarla dəfələrlə zəlzələ təhlükəsi qeydə alınsa da, zəlzələ baş verməmişdir. Odur ki, hələlik zəlzələdən xilas olmağın ən yaxşı yolu bu və ya digər ərazidə gözlənilən ən güclü zəlzələnin təkanına tab gətirə biləcək evlərin və binaların tikilməsidir.
Zəlzələ ocaqları müxtəlif dərinliklərdə yerləşir. Onların əksəriyyəti yer qabığında onlarla km dərinlikdədir. Bunuíla belə, dərinliyi yüzlərlə km-ə çatan ocaqların da varlığı inkar edilmir. Zəlzələnin intensivliyi yer səthində titrəyişin dərəcəsini göstərir və balla ölçülür. Ölkəmizdə 12 bala bölünmüş seysmik cədvəldən (şkaladan) istifadə olunur. Bu cədvələ görə, 1 bal - hiss olunmayan, 2 bal - çox zəif, 3 bal - zəif, 4 bal - orta, 5 bal - nisbətən güclü, 6 bal - güclü, 7-bal çox güclü, 8 bal - dağıdıcı, 9 bal - viranedici, 10 bal - məhvedici, 11 bal - katastrofik, 12 bal -dəhşətli katastrofik zəlzələ sayılır. Qeyd etmək lazımdır ki, zəlzələnin dağıdıcılıq dərəcəsi yalnız onun intensivliyindən yox, eyni zamanda davam etmə müddətindən asılı olur. Yəni hətta dağıdıcı zəlzələlər də ani (bir neçə saniyə) olarsa, dağıdıcılığı aşağı, güclü zəlzələlər isə bir neçə dəqiqə davam edərsə, dağıdıcı ola bilər.
Maraqlıdır ki, zəlzələni yerin altında yaşayan canlılar – ilanlar, kərtənkələlər və həşəratlar əvvəlcədən hiss edir və dərhal kütləvi surətdə yerin üstünə çıxırlar. Bu zaman çöl quşları və ev heyvanları arasında da müəyyən çaxnaşma yaranır. Məsələn qoyun-quzu ilan-çiyandan qorxub hürkür, qaranquşlar həşəratları tutmaq üçün aşağıdan uçur və s. Təbiətə bələd olan, diqqətli insanlar bu əlamətləri müşahidə edə və müəyyən qabaqlayıcı tədbirlər görə bilərlər. Amma bu sahə yaxşı öyrənilməyib, bu üsulla zəlzələlərin təyin olunması haqqında konkret təlimatlar və faktlar da yoxdur.
Dünya
Qeyd etmək lazımdır ki, dünyada aktiv və passiv zəlzələ zonaları mövcuddur. Məsələn, Ural dağları «qoca»dır və passiv zonalara aiddir. Qafqaz isə «gənc» dağlardır və aktiv zəlzələ zonasına aiddir. Dünyanın bir çox ölkələri - Yaponiya, İndoneziya, Çin, Türkiyə, Çili, İndoneziya, ABŞ (Kaliforniya ştatı) çox aktiv zəlzələlər zonasında yerləşir. İl ərzində elə gün olmur ki, bu zonalarda ən azı 3-4 bal gücündə zəlzələ qeydə alınmasın.
Los-Anjeles, İstanbul, Şanxay, Tokio kimi milyonlarla əhalinin yaşadığı meqa-polislər isə birbaşa Yer kürəsinin nəhəng tektonik plitələrinin sərhədi üzərində (baş barmaqlarınızı birləşdirsəz, dırnaqlarınız həmin şəhərləri göstərər) yerləşir. Odur ki, bu şəhərlər zəlzələlərin ciddi hədəfi altındadır. Bu da həmin şəhərlərdə yaşayan milyonlarla insanın həyatını daimi təhlükəyə məruz qoyur.
2004-cü ilin dekabrında İndoneziyada - dənizin dibində baş vermiş 8 ballıq dəhşətli zəlzələdən Hind okeanında yaranmış sunami dalğası minlərlə insanın həyatına son qoymuşdu. 2011-ci ilin martında Yaponiyada 8.9 ballıq zəlzələ güclü sunamilərə təkan verərək ölkənin şimal-şərq sahilləri boyu yaşayış məntəqələrini yuyub aparmış və on minlərlə adamın ölümünə səbəb olmuşdu.
Qonşu Türkiyədə 1999-cu ildə baş verən 7,2 bal gücündə dəhşətli zəlzələdə min nəfərdən yuxarı insan ölmüş, beş min nəfər isə yaralanmışdı. Van şəhərində 2011-ci il oktyabrın 23-də baş verən 7,2 ballıq zəlzələdə isə 100 binanın dağıldığı, 500-dən çox insanın həlak olduğu, 1000 nəfərin yaralandığı bildirilir. Təəssüflə də olsa qeyd etməliyik ki, 2023-cü il fevralın 6-da Türkiyənin mərkəzində baş verən 7,8 bal gücündə zəlzələ daha dəhşətli və daha dağıdıcıdır. Ölənlərin sayı minlərlə, yaralananlar isə, on minlərlədir...
Azərbaycan
Yuxarıda deyildiyi kimi, Azərbaycanın da yerləşdiyi Qafqaz aktiv zəlzələ zonası hesab edilir. Alimlərin hesablamalarına görə, Azərbaycanın zəlzələ ocaqlarının maksimal gücü 7 - 8 bal ola bilər. Bakı da daxil olmaqla, ölkəmizin əksər ərazilərində 8 ballıq zəlzələ göstəricisi var. Mütəxəssislər Azərbaycan üçün 6 baldan yuxarı zəlzələni dağıdıcı sayır. Onların rəyincə, Bakıda 2000-ci ilin noyabrında baş verən 6 ballıq zəlzələ ani olmasaydı, dağıntı və itkilərdən qaçmaq olmayacaqdı.
Azərbaycanda son üç əsr ərzində 20-dən artıq güclü zəlzələ baş vermişdir. Ən güclü zəlzələlər Şamaxı seysmik zonasında qeydə alınmışdır. 1902-ci ildə baş verən Şamaxı zəlzələsi 9 bal gücündə və davamlı olmuş, şəhəri tamamilə viran qoymuşdur. Şamaxı şəhəri və ona qonşu olan ərazilərdə 1859, 1828, 1869-cu illərdə 8 ballıq zəlzələlər baş vermişdir.
Respublikamızda 8 bal gücünə malik olan zəlzələ ərazisinə Naxçıvan MR-in, Laçın və Qubadlı rayonlarının əraziləri, Gəncəbasar və Şuşa-Xocavənd, Cəbrayıl zonaları daxildir. Abşeron yarımadasının şimal-şərq hissəsində, Maştağa - Nardaran, Bilgə əraziləri də 8 bal gücünə malik zəlzələ zonasına daxildir. Böyük Qafqazın cənub yamacı, Zaqatala-İsmayıllı regionu da 8 ballıq zəlzələ ərazisinə daxildir. Kür-Araz ovalığı, Quba-Xaçmaz regionu, Lənkəranın ovalıq və dağlıq ərazisi 7 bal gücünə malik olan zəlzələ zonasıdır.
Qeyd etmək lazımdır ki, hazırda respublika ərazisində, o cümlədən Bakı şəhərində geniş tikinti işləri aparılır, 20-25 mərtəbəli binalar inşa edilir.
Bu binaların hər biri zəlzələyə davamlı möhkəm özül əsasında tikilməli və müasir tikinti texnologiyalarına ciddi əməl edilməlidir.
Zəlzələ zamanı nə etməli?
Hazırda insanları ən çox maraqlandıran zəlzələ zamanı necə xilas olmaq məsələsidir. Yuxarıda deyildiyi kimi, zəlzələdən əvvəl forşokların - ani titrəyişlərin olması mütləqdir.
Bu zaman (vaxt dəqiqələrlə yox, saniyələrlə ölçülür) nə etmək lazımdır?
1. Siz küçədə və yaxud avtomobildəsinizsə, elektrik dirəklərindən, hasarlardan və hündürmərtəbəli binalardan aralı durmalılısız.
2. Əgər, həyət evindəsinizsə, dərhal qaçıb küçəyə çıxmalı (şəxsi sənədlərinizi, pul və qızıl əşyaları götürün, siz bir daha bu evə qayıtmaya bilərsiniz) və 1-ci göstəriciyə əməl etməlisiz.
3. Əgər, hündürmərtəbəli binada yerləşən mənzildəsinizsə, dərhal 2-ci göstəriciyə əməl etmək məsləhət görülmür.
Məsələ ondadır ki, zəlzələ zamanı liftdə olmaq və pilləkanla düşmək daha təhlükəlidir. Odur ki, forşoklar hiss edilən kimi, dərhal şəxsi sənədlərinizi, pul və qızıl əşyaları götürməli, ailənizlə birlikdə mənzilin bayır qapısının yanına (bu, mənzildə ən davamlı yer sayılır) yığışmalı və qapını açıq qoymalısız. Çünki qapının metal çərçivəsi əyilər və sizi mənzildə həbs edə bilər. 5-10 dəqiqədən sonra 2-ci göstəriciyə əməl etmək olar.
Qalib ARİF
Geologiya üzrə fəlsəfə doktoru
MİA.AZ
"Porto" yenə qələbə qazandı
Yunanıstanda 90 uçuş təxirə salındı - Texniki problem yaranıb
Nigeriyada qayıq batdı - 25 nəfər ölüb,14 nəfər itkin düşüb
Türkiyədə göl belə donub - Mənfi 14 dərəcə şaxtada + FOTOLAR
"Qalatasaray" 27 yaşlı yarımmüdafiəçi ilə vidalaşdı - Açıqlama
"Deputatın "Pişik Günel"ə bağışladığı dubleks mənzil və ya "Mandalin baxçası" filmi..." - Sabiq icra başçısı yazır
Rəsmi Pekin: "Maduronu dərhal sərbəst buraxın!"
Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhdi ilə müzakirə aparıb: "Əməkdaşlığı daha da dərinləşdirmək istəyirik"
Qəzzada daha 3 nəfər həlak olub - Yaralılar var
Marneuli bazarında azərbaycanlı ata və oğlu güllələndi - Biri ölüb, digərinin isə...
TRAMP ONA MEYDAN OXUYAN MÜVƏQQƏTİ PREZİDENTİ TƏHDİD ETDİ: "Səni də götürdərəm, daha ağır bədəl ödəyərsən!"
"Liverpul" son saniyədə qələbəni əldən verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Venesuelanın müvəqqəti prezidenti: "Biz müstəmləkə olmayacağıq"
Gecikmiş qisas və ya klanların “taxt oyunları”...
İdman geyimində, çəkələkdə, əlləri və ayaqları qandallı, gözü qapalı... - Maduro axsaq halda Nyu-Yorka gətirildi (VİDEO)
Maduronun vəzifəsini kim icra edir? - Qərar verildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
TRAMP VENESUELADAN ÇIXMAYACAQLARINI DEYİR: "Neft zavodlarını bərpa edəcəyik və..." - "Müxalif lider yetərli hörmətə sahib deyil"
"Etiraz əsaslıdır, lakin etiraz iğtişaş demək deyil" - İranın ali dini liderindən aksiyalar barədə açıqlama
Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır
Prezident İlham Əliyev ailəsi ilə birlikdə Şahdağda - "Bu gün babamla xizək sürdük” + FOTOLAR
"Azərbaycan Dəmir Yolları"da yanacaq və yağ oğurluğu: iki vəzifəli şəxs həbs edilib
Aİ-dən ABŞ-ın Maduronu ələ keçirməsinə dəstək gəldi - Açıqlama
Sabah külək güclənəcək - Xəbərdarlıq
"Görün rejim nə qədər çürük imiş ki..." - Maduro və arvadının ölkələrində ələ keçirilməsinə maraqlı şərh verildi
Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb - Azərbaycan şirkətinin tikdiyi körpü uçub
"Temu"da hiddət doğuran hərəkət: boykot çağrışı artır - Satışa çıxarılan bu məhsullar azərbaycanlıları qəzəbləndirdi (FOTOLAR)
ABŞ VENESUELA PREZİDENTİ İLƏ ARVADINI ƏLƏ KEÇİRİB - Tramp onların ölkədən çıxarıldığını deyib (FOTO)
ABŞ BU ÖLKƏNİ BOMBALAYIB: Prezident sarayı, müdafiə nazirinin evi, hərbi və neft zavodları... (YENLƏNİB)
Sabiq deputatdan icra başçısının müğənninin dalyıca düşməsinə sərt reaksiya: "Allahın Kim Kardaşyanı..." - "Bu, nə bambıllıqdı?!"
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan nefti 64 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YANVAR AYINDA KİMİ HANSI SÜRPRİZ GÖZLƏYİR? - Bürclər
"Kimə oxşayacaqsınız ki?" - Röya "Mən yaşaya bilən qızam” deyir
“Bolmart”la Agentlik arasında qalmaqal yaranıb
Bakıda külək binanın fasadını sökdü - VİDEO
Qazsız bayram, süni intellekt əsaslı çökən sistem və ötürülən məsuliyyət... - Osman GÜNDÜZ YAZIR
"Ciddi işlər aparılır" - “Azəriqaz”dan bəzi qaz sayğaclarına pul yüklənməsində yaranan problemə reaksiyalar (YENİLƏNİB)
ADNAN ƏHMƏDZADƏNİN NƏ QƏDƏR SƏRVƏTİ VAR? - Şok rəqəm açıqlandı
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev