Netanyahu ilə israilli girovların ailələri arasında mübahisə yaranıb - "Hazırda hər kəsi evə gətirmək mümkün deyil”

img

06-12-2023 [00:15]


Netanyahu ilə israilli girovların ailələri arasında mübahisə yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail mediası baş nazir Binyamin Netanyahu ilə Qəzza zolağında HƏMAS-ın əlində olan israilli girovlaırn ailələri ilə görüşüb.

Məlumata görə, görüşdə Netanyahunun “Hazırda hər kəsi evə gətirmək mümkün deyil” sözləri girov ailələri tərəfindən həddən artıq etirazla qarşılanıb. Nəticədə onlarla Baş nazir arasında mübahisə böyüyüb.

İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi Tel-Əvivdə keçirilən görüşlə bağlı rəsmi məlumat yaymasa da, yerli mətbuat görüşün gərgin keçdiyini yazır:

"Netanyahunun görüşdə "Hazırda hamını evə gətirmək imkanı yoxdur. Həqiqətən belə bir imkanımız olsaydı, bunu dərhal edərdik. Siz necə düşünə bilərsiniz ki, biz girovları xilass etməkdən imtina etmişik?", - deyib. Girov ailələri isə atəşkəsin uzadılması ilə əzizlərinin xilas edilə biləcəyini israr ediblər...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq