Rəsmi Bakı: "Aİ nümayəndəsini təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq"
SİYASƏT
05.12.2023, 19:10
"Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə təhrif olunduğu fikirləri qəbuledilməzdir".
Mia.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borel tərəfindən səslənmiş fikirlər ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
Onun sözlərinə görə, Aİ Komissiyasının vitse-prezidenti Jozep Borelin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir:
"Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə alaraq, Jozep Borelin separatçı meylləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur.
Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqqları müdafiə olunmamış yüzminlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir.
Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15 000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep Borelin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır.
Jozep Borelin bu kimi yanlış bəyanatları eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirir.
Aİ nümayəndəsinə, həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq olunması bölgədə münaqişənin 30 il davam etməsinin səbəbi olub. Məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünümüdafiə hüququndan istidafə edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib. Bir daha, Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Valideynlikdən imtina, aliment... - Ali Məhkəmə daha bir iş üzrə vahid qərar qəbul edib
Bugün, 14:13 CƏMİYYƏT
-
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - DETALLAR
Bugün, 14:09 SİYASƏT
-
Keçmiş deputatın 1.4 milyon manat borcu var
Bugün, 14:09 SİYASƏT
-
Cəlilabadın 35 kəndində işıqlar söndürülüb
Bugün, 13:56 CƏMİYYƏT
-
Paşinyan: "Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər"
Bugün, 13:11 SİYASƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:58 CƏMİYYƏT
-
İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib - Müzakirə + FOTO
Bugün, 12:23 GÜNDƏM
-
Ağ Evn Mətbuat katibi vəzifədən ayrıldı: "O, daha çox ailəsiylə, uşaqları ilə vaxt keçirmək istəyir, amma..."
Bugün, 12:15 PRESS
-
Premyer Liqasında I turun təyinatları açıqlandı
Bugün, 12:08 İDMAN
-
İnsan əli dəymədən telefonlar necə işləyəcək? - Mobil telefonları idarə edəcək sensasiyalı süni intellekt proqramı hazırlanır
Bugün, 11:59 İQTİSADİYYAT
-
"Elə şəxslər tanıyıram ki, 7 il ərzində istədiyi ixtisasa qəbul olmaq üçün..." - Məleykə Abbaszadə
Bugün, 11:38 GÜNDƏM
-
"Fənərbağça"lı futbolçu tərəfdarın "bizimlə qal" sualına belə cavab verdi
Bugün, 11:32 İDMAN
-
DSMF-dən pensiyalarla bağlı - Açıqlama
Bugün, 11:23 İQTİSADİYYAT
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasındakı insidentin - VİDEOSU
Bugün, 11:09 İDMAN
-
Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib - Qarayara xəstəliyi, yoxsa...?
Bugün, 11:06 GÜNDƏM
-
“Bakı Metropoliteni” QSC-də 615 min manatlıq tender baş tutub
Bugün, 11:00 İQTİSADİYYAT
-
Bakıda kuryoz hadisə: mənzildə qaz yerinə su gəldi - VİDEO
Bugün, 10:40 CƏMİYYƏT
-
Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısındakı civəli termometr bərpa olunub
Bugün, 10:17 CƏMİYYƏT
-
TFF "Fənərbağça"ya "yox" dedi
Bugün, 10:09 İDMAN
-
Ankarada Süleymançı təriqətinə qarşı əməliyyat: 100 milyardlıq köçürmə, çirkli pulların yuyulması və... - FOTOLAR
Bugün, 09:55 KRİMİNAL
-
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bugün, 09:39 İQTİSADİYYAT
-
"Çelsi" Pep Çavarriyanı transfer etdi - 5 illik müqaviləyə imza atıldı
Bugün, 09:27 İDMAN
-
"Hull City" Nobel Mendi ilə müqavilə imzaladı
Bugün, 09:12 İDMAN
-
Bakıda mağazada başlayan yanğın evlərə keçib - FOTOLAR
Bugün, 09:07 CƏMİYYƏT
-
PUTİN SAXALİNDƏN NATO, YAPONİYA VƏ AVROPANI HƏDƏLƏDİ: "İndi bu bölgədə münaqişə potensialı artıb" - "Mümkün hesab etdiyimiz yerdə qisas alacağıq"
Bugün, 00:15 GÜNDƏM
-
Duşan Vlahoviç İstanbula gəlib
Bugün, 00:06 İDMAN
-
"Allaha şükür ki, Yaxın Şərqin daha qoçusu yoxdur" - Tramp müsəlmansayağı mesaj verdi
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Əkrəm İmamoğlu CHP-dən istefa verdi - 17 illik sevda bitdi
12.08.2026, 22:30 SİYASƏT
-
Romelu Lukaku "Fənərbağça"da - Müqavilə imzalandı
12.08.2026, 20:53 İDMAN
-
Naxçıvan: yeni iqtisadi imkanların ünvanı
12.08.2026, 19:54 İQTİSADİYYAT
-
Avqustun 12-də ilin ikinci Günəş tutulması başlayıb
12.08.2026, 19:40 GÜNDƏM
-
Naxçıvanın yeni inkişaf salnaməsi... - Vüqar Rəhimzadə yazır
12.08.2026, 19:37 SİYASƏT
-
Xocavənddə mina partlayıb - Xəsarət alanlar var
12.08.2026, 18:54 GÜNDƏM