İraqda PKK yuvasına növbəti zərbə endirilib - Daha 2 terrorçu zərərsizləşdirilib

img

05-12-2023 [17:20]


Türkiyə İraqın şimalında daha 2 terrorçunu zərərsizləşdirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mülli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlik bildirib ki, İraqın şimalındakı Haftanin bölgəsində aşkarlanan 2 PKK terrorçu PUA zərbəsi ilə zərərsizləşdirilib: "Qəhrəman Türk Silahlı Qüvvələrimiz "Axtar, tap, məhv et" prinsipi ilə terrorçuları dəmir yumruqla vurmağa davam edir. Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində İraqın şimalındakı Haftanin bölgəsində 2 PKK terrorçuları təsbit edilib və onlar PUA ilə zərərsizləşdirilib".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA