"Qəssam Tuqayları" İsrailin 16 hərbi texnikasını vurub

img

05-12-2023 [16:55]


"Qəssam Tuqayları" İsrailin 16 hərbi texnikasını vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları açıqlama yayıb.

Açıqlamaya əsasən, bu gün Qəzzanın müxtəlif cinahlarında İsrailə məxsus 16 hərbi maşını sıradan çıxarılıb: "Əsasən Qəzzanın cənubundakı Xan Yunus qəsəbəsinə daxil olan tank və buldozerlərdən ibarət 16 hərbi texnika məhv edilib. İsrail hərbçiləri arasında ölən və yaralananlar var".

HƏMAS onu da bildiirb ki, bu gün İsrailin Qəzzada dinc əhalini qətlə yetirməsinə cavab olaraq Birus Sebi şəhərinə raket hücumu təşkil edilib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA