Qəzzada ölənlərin sayı 15 min 899-a yüksəlib

img

05-12-2023 [12:47]


İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son sutkada İsrail ordusu Qəzzanın cənubundakı Xan Yunus şəhərində mülki əhalinin sığındığı “Maan” məktəbini bombalayıb: "Nəticədə xeyli sayda insan ölüb, yaralananlar var".

Fələstin mənbələri bildirir ki, bu gün İsrail Qəzzanın Xan Yunus şəhərinə və Deyr əl-Belahdakı Nuseyrat Qaçqın Düşərgəsinə hücum edib: "Nəticədə ən azı 50 nəfər həyatını itirib...".

Məlumata görə, bu günədək Qəzza zolağında həyata keçirilən hücumlarda can itkisi 15 min 899-a yüksəlib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA