11-06-2014 [19:31]
12
iyun saat 18.00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino
aktyoru, Respublikanın xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə
həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Teatrın foyesində baş tutacaq gecənin rejissoru və ssenari müəlifi Loğman Kərimov, aparıcısı sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir. Tədbirdə görkəmli aktyorun çəkildiyi "Bəxtiyar”, "Sehirli xalat”, "Bir qalanın sirri”, "Əhməd hardadadır?”, "Qızmar günəş altında” filmlərdən fraqmentlər nümayiş olunacaq, aktyorlar, sənətşünaslar sənətkar haqqında fikirlərini bölüşəcəklər. Gecədə həmçinin Gülyanaq və Gülyaz Məmmədova bacılarının və Anar Şuşalının ifasında müxtəlif musiqi parçaları da səslənəcək.
Mahir komediya ustası, xarakter maskalarından məharətlə istifadə edən, tipaj yaratmaqda səriştəli aktyor, satirik obrazların ifasında qroteskdon həssaslıqla bəhrələnən Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə "Səadət" məktəbini bitirib.
Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizod rollara çıxmış Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyib.
Ağahüseyn Cavadov Milli Dram Teatrının səhnəsində Məmişov, Cəlal, Soraq kişi ("Məhəbbət", ("Həyat" və "Yaxşı adam" M.İbrahimov), Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman ("Toy", "Xoşbəxtlər" və "Nişanlı qız", S.Rəhman), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı ("Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə" və "Od gəlini", C.Cabbarlı), Qənimət ("Cavanşir", M.Hüseyn), Mürsəl ("Qaçaq Nəbi", S.Rüstəm), Usta Murad ("İldırım", C.Məcnunbəyov), Bəbir Bəbiroviç, Qoşqar baba ("Yadigar" və "Yol ayrıcında", İ.Səfərli), İmran ("Əcəb işə düşdük", Ş.Qurbanov), Savalan ("Dağlar qızı", A.Babayev), Vasin ("Tanya", A.Arbuzov), Kapitan ("Köç", C.F.Başqut), Luka Lukiç ("Müfəttiş", N.Qoqol) Brabansio, Qoca çoban ("Otello" və "Qış nağılı", U.Şekspir), Petruşin ("Canlı meyit", L.Tolstoy), Sima Popoviç ("Nazirin xanımı", B.Nuşiç), Houkinis ("Şeytanın şagirdi", B.Şou), Platon, Məzarçı ("Şeyx Sənan" və "Xəyyam", H.Cavid), Qoca ("Şöhrət və ya unudulan adam", N.Hikmət), Maytreya ("Hind gözəli", Y.Osnos və V.Vinnikov), Almurad ("Mənim günahım", İ.Əfəndiyev) rollarında çıxış edib. Ağahüseyn Cavadov "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "O olmasın, bu olsun" (Bəy), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (Xırdavatçı) və digər filmlərə çəkilib. Aktyor 1931-ci ildə respublikanın əməkdar artisti, 4 dekabr 1938-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Ağahüseyn Cavadov 20 iyul 1981-ci ildə Bakıda vəfat edib.
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var