"Ordumuz atəş açmayıb" - MN Ermənistan MN-in xəbərini yalanladı

"Ordumuz atəş açmayıb" - MN Ermənistan MN-in xəbərini yalanladı

GÜNDƏM

04.12.2023, 18:34

"Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır".

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır: "Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR