10-cu sinif şagirdi ilə 20 yaşlı oğlanın fermada sərgüzəştləri və ya qəfil otağa girən Anarın iyrənc şantajı... - Biləsuvarda zorlama, təhdid və...
04-12-2023 [16:09]
Biləsuvar rayonunda 2003-cü il təvəllüdlü Nəsimi həmkəndlisi, yetkinlik yaşına çatmayan Kəmaləyə (adlar şərti verilib – red.) təcavüz edib.
Nəsimi bu ilin martın 4-də, saat 17 radələrində Kəmaləni atası Vəliyə məxsus olan “VAZ-21214” markalı avtomobillə Biləsuvar rayonunin kəndlərindən birinin ərazisində qohumu Sadifə məxsus fermada yerləşən yardımçı tikiliyə aparıb.
Nəsimi orada Kəmalə ilə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub. Daha sonra ona qarşı seksual xarakterli digər hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Nəsiminin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
“Sevgili olmuşam”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birgə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir: “Həmkəndlim Kəmalə ilə son bir il ərzində sevgili kimi münasibətdə olmuşam. Kəmalə ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışam. Bildiyimə görə, Kəmalə anasının mobil telefonunu istifadə edib. Biz bir neçə dəfə yaşadığımız kəndin içərisində olan məktəbin yaxınlığında üzbəüz söhbət etmişik”.
“Dedi ki, baş-başa gedə bilək”
Təqsirləndirilən şəxs qeyd edib ki, bu il martın 4-də səhər saatlarında Kəmalə ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazıb: “Mesajda “saat 15.30-da kənd ərazisində yerləşən Validə müəllimənin evinin yaxınlığında olacam, gələrsən görüşərik” deyə yazıb. Bundan sonra Kəmalə “avtomobillə gəl ki, kənddən kənar yerə baş-başa gedə bilək” sözlərini də qeyd edib. Mən də Kəmaləyə “kənddən kənar yer - mənim atamın dayısı Sadifə məxsus olan fermaya gedə bilərik” cavabını yazdım. Kəmalə də məndən həmin fermada kiminsə olub-olmamasını soruşdu. Dedim ki, həmin fermada mal-qara olmadığı üçün heç kim yoxdur və heç kim gəlmir. Bundan sonra Kəmalə mənimlə razılaşdı. Buna görə də həmin günü, saat 15.30-da atama məxsus “Niva” markalı avtomobillə Validə adlı müəllimin evinin yaxınlığına getdim. Həmin əraziyə çatdığım zaman Kəmalənin orada olduğunu gördüm. Avtomaşını saxladıqdan sonra Kəmalə avtomobilə yaxınlaşdı, maşının arxa hissəsində əyləşdi. Mənim Kəmaləni götürdüyüm yer Biləsuvar-Bəhrəmtəpə yolundan açıq-aşkar görünüb. Lakin həmin vaxt küçədə heç kim olmayıb”.
“Əvvəl heç kimlə sevgili olmadığını bildirdi”
Nəsiminin sözlərinə görə, daha sonra avtomobili qohumuna məxsus fermaya sürüb: “Fermaya çatdıqdan sonra həyətdə avtomobili saxladım və avtomobildən düşərək ətrafda kiminsə olub-olmamasını öyrənmək məqsədi ilə ətrafa baxdım. Ətrafda kimsənin olmadığın gördüm. Bundan sonra Kəmaləyə maşından düşə biləcəyini bildirdim. Bu sözümdən sonra Kəmalə avtomobildən özü düşdü. Biz birlikdə fermanın həyətində olan bir mərtəbəli daşdan tikilmiş binanın sonuncu otağına daxil olduq. Həmin otağın üç pəncərəsi və bir taxta qapısı, o cümlədən içərisində bir masa, bir oturacaq və bir ədəd də çarpayısı olub. Otaqda çarpayıda əyləşdim, Kəmalə isə taxta stolda əyləşdi. Daha sonra Kəmaləni yanıma çağırdım. Ondan əvvəllər sevgilisi olub-olmadığını soruşdum. Kəmalə daha əvvəl heç kimlə sevgili olmadığını bildirdi”.
“Bizi hədələməyə başladı”
Nəsimi qeyd edib ki, daha sonra Kəmaləyə onunla cinsi əlaqədə olmaq istədiyini bildirib: “Lakin Kəmalə mənimlə cinsi əlaqədə olmaq istəmədiyini söylədi. Mən də razılıq olsa, qeyri-təbii yolla cinsi əlaqədə olacağımı dedim. Kəmalə mənim bu təklifim ilə razılaşdı. Bundan sonra biz soyunduq. Kəmalə ilə qeyri-təbii yolla intim münasibətdə oldum. Həmin vaxt həmkəndlim Anar bir əlində telefon və digər əlində isə bir ədəd qara rəngli bıçaqla içəri daxil oldu. Anar çoxdandır ki, bizi izlədiyini, mənimlə Kəmalə arasındakı intim münasibətləri videoya çəkdiyini bildirdi. Mən Anara irad bildirdim. Onu çölə çıxardım və bizi niyə videoya çəkdiyini soruşdum. Anar mənə çöldə olduğumuz vaxt heç nə demədi. Hər ikimiz də otağa daxil olduq. Anar əlindəki bıçaqla məni və Kəmaləni hədələməyə başladı”.
“Videogörüntüləri sildim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Anar Kəmaləni hədələyib, onunla cinsi münasibətdə olmadığı təqdirdə çəkdiyi videoları bütün kəndə yayacağını bildirib: “Mən həmin vaxt Kəmaləni müdafiə etmək istəsəm də, Anar əlində olan bıçaqla məni öldürməklə hədələdi. Bundan sonra Anar qolumdan dartaraq, məni otaqdan çölə çıxartdı. Özü otağa tək daxil oldu. Otağa daxil olduqdan sonra Anar otağın qapısını keçəcəklə bağladı və mən çöldə qaldım. Pəncərədən içəri baxdığım zaman Anar Kəmaləyə əlində olan bıçaqla hədə-qorxu gəlməsini gördüm. Lakin tərəflər arasındakı söhbəti eşitmədim. Mən avtomobilimin yanına getdim. Bundan təxminən 6-7 dəqiqə sonra geri qayıdaraq Anar və Kəmalənin olduqları otağın qapısının kilidini qırdım, içəri daxil oldum. Bundan sonra dərhal Anardan telefonu aldım, özüm ilə Kəmalənin videogörüntülərini həmin telefondan sildim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Kəmaləni atasına məxsus “Niva” markalı avtomobilə əyləşdirib: “Anar da həmin avtomaşına mindi. Biz üçümüz də kəndə tərəf yola düşdük. Yolda olduğumuz zaman Anar bizi hədələyərək, baş vermiş hadisə barədə kimsəyə nəsə deməməyimizi bildirdi. Kəmaləni götürdüyüm yerdə avtomaşından düşürtdüm”.
“Məni döyməyə başladılar”
Nəsiminin sözlərinə görə, martın 10-da, saat 22 radələrində Anar ilə birgə evinin yaxınlığında dayandığı vaxt Əli zəng vuraraq onu yanına çağırıb: “Mən onun yanına getməyi qəbul etmədim. Mən də Əlini yaşadığı küçənin başında gözlədim. Bundan bir qədər sonra Əli öz avtomobili ilə məni küçədən götürdü və kənd ərazisində yerləşən şadlıq evinin yanına apardı. Orada olduğum zaman həmkəndlim Vüsal məndən Kəmalə ilə aramızda nə olduğunu soruşdu. Mən də ona Kəmaləni sevdiyimi bildirdim. Həmin sözdən sonra Vüsal mənim burun nahiyəmdən yumruqla zərbə vurdu. Orada olan digər həmkəndlimiz Sadiq məni döyməyə başladı. Həmin vaxt hadisə yerində olan digər kənd sakini Camal məni Vüsal və Sadiqin əlindən aldı. Bundan sonra Vüsal və Sadiq Anarın üzərinə getdilər. Həmin vaxt orada olan kənd sakini Elmar bizə yaxınlaşdı və məni ayağa qaldırdı. Yaxınlıqda olan su arxına apardı. Üzümün və burnumun qanını yudu. Daha sonra Vüsal və Sadiq Anarı yolun əks istiqamətinə apardılar. Buna səbəb həmin yerin magistral yoldan aşağı olması və kənardan görünməməsi olub. Həmin yerdə onlar Anarı döyməyə başladılar. Həmin vaxt halsız olduğum üçün Anarın nə etdiyini görmədim. Lakin sonradan Anarın Vüsala bıçaqla xəsarət yetirdiyini bildim”.
“Məni üz-üzə əyləşdirdilər”
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Vüsalgil onu döyə-döyə avtomobilə əyləşdiriblər və onlar hamısı birlikdə Kəmalənin evinin yaxınlığında olan şor su kanalının yanına gediblər: “Həmin yerə çatdıqları zaman digərləri nəqliyyat vasitəsindən endi və qapını kilidlədilər. Mən maşında tək qaldığım üçün fürsətdən istifadə edərək atama olduğum yer barədə məlumat verdim. Daha sonra məni avtomobildən yerə düşürdülər və döyməyə başladılar. Həmin vaxt məni döyənlərdən biri Kəmalənin atasını həmin yerə gətirmək üçün avtomaşınla getdi. Bundan bir neçə dəqiqə sonra Kəmalənin atasını bizim olduğumuz yerə gətirdilər. Daha sonra biz piyada Kəmaləgilin evinə getdik. Həmin vaxt mənim atamı da gətirmək üçün yanımızdan ayrıldı. Mən Kəmaləgilin evində əl-üzümü yuduqdan sonra evə daxil oldum. Həmin evdə məni Kəmalə ilə üz-üzə əyləşdirdilər”.
“Polisə şikayət edildiyini öyrəndim”
Nəsimi deyib ki, zərərçəkmiş Kəmalənin atası qızından onunla nə kimi münasibəti olmasını soruşub: “Kəmalə də atasına mənimlə sevgili olmasını etiraf etdi və mənimlə kənd ərazisində yerləşən fermaya getdiyini bildirdi. Bundan sonra Kəmalənin atası qohumu İslama zəng vurdu və onu da evlərinə çağırdı. Bir neçə dəqiqə sonra İslam mənim atamla birlikdə oraya gəldi. Kəmalənin atası mənim atama hər şeyi danışdı. Atam da hər şeyi bildikdən sonra əsəbiləşdi. Bundan sonra Kəmalənin atası atama məni də götürərək getməyimizi bildirdi. Biz birlikdə öz evimizə getdik. Həmin gündən sonrakı gün isə Kəmalənin valideynləri tərəfindən barəmdə Biləsuvar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edildiyini öyrəndim”.
“Sevgili kimi danışmışıq”
İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, orta məktəbin 10-cu sinifdə təhsil alır və o, yaşadığı kənd ərazisində iki müəllim yanına hazırlıq məşğələsinə gedir: “Nəsimi ilə 3 ildir ki, sevgili kimi münasibətdə olmuşuq. Buna görə də anamın xəbəri olmadan onun mobil telefonu ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə Nəsimi ilə mütəmadi olaraq əlaqə saxlamışam və yazışmışıq. Biz əlaqədə olduğumuz zaman sevgili kimi danışmışıq. Lakin evlənmək barədə heç bir söhbət etməmişik”.
“Məni niyə bura gətirməsini soruşdum”
Kəmalə qeyd edib ki, martın 4-də, səhər saatlarında Nəsimiyə mesaj yazıb və onunla hazırlığa getdiyi müəllimin evinin yanında saat 15.30-da görüşə biləcəyini bildirib: “Həmin gün saat 15.30-da müəllimin evinə hazırlıq məşğələsinə getdim. Onun evinin yaxınlığında olduğum zaman Nəsimi idarə etdiyi “Niva” markalı avtomobillə yanımda dayandı. Nəsimi maşından düşərək, mənə yaxınlaşdı. Söhbət zamanı Nəsimi mənə “gəl gedək” sözlərini dedi. Mən də Nəsimi ilə razılaşdım, maşının arxa oturacağında əyləşdim. Maşında Nəsimidən hara getdiyimizi soruşdum. Lakin Nəsimi mənə heç nə demədi. Bir qədər getdikdən sonra Nəsimi məni köhnə bir binaya apardı. Əvvəlcə özü maşından düşərək, ətrafda kiminsə olub-olmamasını yoxladı. Həmin vaxt Nəsimidən həmin binanın babasına məxsus ferma olduğunu öyrəndim. Biz birlikdə binanın içinə daxil olduq. Lakin Nəsimi bir neçə dəqiqəlik çölə çıxdı. Mən otaqda tək qaldım. Daha sonra Nəsimi təkrar otağa daxil oldu. Otaqda olduğumuz zaman Nəsimiyə məni niyə bura gətirdiyini soruşdum. Nəsimi mənə sevgili olduqlarını, məni hara istəsə, apara biləcəyini söylədi”.
“Videoçəkiliş apardığını dedi”
Kəmalənin sözlərinə görə, daha sonra Nəsimi onu yanına çağırıb: “Mən də Nəsiminin ayaq hissəsində çarpayıda əyləşdim. Nəsimi mənə onun özündən qabaq sevgilisinin olub-olmamasını soruşdu. Mən də əvvəllər sevgilimin olmamasını bildirdim. Nəsimi ayağa qalxaraq, pəncərədən çölə baxdı. Sonra şalvarını və alt paltarını çıxararaq, mənə yaxınlaşdı. Nəsimi məni qucaqladı, boynumu öpdü. Bundan sonra Nəsimi məni soyundurdu. Mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Cinsi əlaqədə olandan sonra hər ikimiz paltarlarımızı geyinməyə başladıq. Həmin vaxt həmkəndlimiz Anar əlində mobil telefon və bıçaqla içəri daxil oldu, videoçəkiliş apardığını bildirdi. Anar mənə Nəsiminin mənimlə cinsi əlaqədə olduğu anı videoya çəkdiyini bildirdi. Mənimlə intim münasibətdə olmayacağı təqdirdə videonu bütün kəndə yayacağı ilə hədə-qorxu gəldi. Əvvəlcə etiraz edərək, onunla cinsi əlaqədə olmayacağımı bildirdim. Anar məni əlində olan bıçaqla öldürəcəyi ilə hədələdi. Mən də məcburiyyət qarşısında qalaraq, onun dediklərini etdim. Anarla cinsi əlaqədə oldum”.
“Atam məni döydü”
Zərərçəkmiş qeyd edib ki, martın 10-da Nəsimi ona mesaj yazaraq əmisinin Anarı yanına çağırdığını bildirib: “Bundan sonra mən də əmim oğluna mesaj yazaraq, əmimin Anarla nə kimi əlaqəsi olduğunu soruşdum. Həmin gün saat 23 radələrində evdə olduğu vaxt əmim atama zəng etdi. Telefona mən cavab verəndə əmim atama verməyimi söylədi. Həmin vaxt həyət darvazası döyüldü, əmim özünün qapını döydüyünü dedi. Mən də qapını açdım. Əmim həyətə tək daxil oldu, atamı çağırmaq üçün evə getdim. Atam həyətə düşdü, lakin evdə anam ilə birlikdə qaldıq. Bir qədər sonra əmim, əmim oğlu və qohumumuz, habelə Nəsimi yaşadığımız evə gəldilər. Anam Nəsimidən məndən nə istədiyini soruşdu. Nəsimi də anama bir-birimizi sevdiyimizi, buna görə də məni qaçırdığını bildirdi. Atam bunu biləndən sonra məni döydü”.
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəsimi 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: Teleqraf.com
Çində evlilik problemi böyüyür: son 10 ildə yarıya qədər azalma var
Türkiyədə 12 keçmiş polis saxlanıldı - Biri isə axtarılır
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Kəmaləddin Heydərovun oğlu məhkəməyə verildi: qaydanı pozan oğul Heydərovun sürücülük vəsiqəsi "radar"a düşəcək?
ABŞ-da elektrik stansiyasını PUA ilə partlatmaq istəyiblər - 24 yaşlı şəxs saxlanılıb
Qəzza zolağına gecə hücumu: daha 29 fələstinli həlak olub
ABŞ-da seçki: təhlükəsizlik yüksək səviyyəyə qaldırılıb - PUA-lar havadan, snayperlər damdan prosesə nəzarət edir
Daha 544 güzəştli mənzil satışa çıxarılıb
Şəkidə maskalı şəxslər tutulub - FOTO
Prezident İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Etibarnaməyə görə cərimə problemi həll olunub
Türkiyədə "insan alverçi"ləri tutulub
Ankarada iki 2 mikroavtobus toqquşub - 21 nəfər yaralanıb
Livanda savaş: ölənlərin sayı 3 mini ötüb
"MisterChoc Şokoladlı Peçenyelər" marketlərdən geri yığılır: "Ağız və dildə yanma, yaralar yaradır..."
DÜNYANIN GÖZÜ ABŞ-dakı SEÇKİDƏ: Harris, yoxsa Tramp qalib gələcək?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Pezeşkian Azərbaycana gəlir - Bu tarixdə
Hindistanda MiQ-29 qırıcısı qəzaya uğrayıb
Allahverdi Məmmədov Almaniyada tutularaq Azərbaycana gətirilib
Yalçın Adıgözəlovun 65 yaşı tamam olub - Nazirlikdə görüş olub
Anar Ələkbərov kardinalla bir arada: nələr müzakirə edilib? - FOTO
Kərəm Həsənovun əmisi oğlu vəzifəyə təyin olunub
Zakir Həsənov Slovakiyaya gedib - FOTO
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib
UEFA-dan ''Beşiktaş" - "Maccabi Tel Aviv" oyunu haqda qərar: Oyun tərəfsiz stadionda olacaq
Lampard "Roma"nın baş məşqçisi ola bilər
XİN: "COP29 iştirakçıları Azərbaycana təkrar giriş zamanı yenidən viza üçün müraciət etməlidirlər"
Dollar sabah neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Qalatasaray" Ziyeçlə yollarını ayırmağı düşünür
"Beşiktaş"ın qolçusu zədələnib - İki oyunda oynamayacaq
"Əl Nəsr"də çıxış edən Anderson Taliska ilə bağlı ayrılıq iddiası gündəmə gətirilib
"Səbail" klubunun Müşahidə Şurasının iclası olacaq
Alen Simonyan: Reqlamentin mövcudluğu Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir
Xanlar Vəliyev hərbi qulluqçularla görüşüb
AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb
Podolyak: "Ukrayna Rusiya ilə danışıqların aparılması qaydalarının razılaşdırılmasını istəyir"
"Ulduz" jurnalı və "Xalq qəzeti" yeni layihəyə başlayıb - AÇIQLAMA
İcra başçısının bacısı oğlu qəzada ölüb
Xəzərdə Azərbaycan və İran hərbi gəmiləri birgə təlimdə - FOTOLAR
Ərdoğan Qırğızıstana gedib - Bu heyətlə (SİYAHI)
Qarabağ zonasında 2270.7 hektar ərazi minalardan təmizlənib
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb