İndoneziyada vulkan püskürməsi: 11 alpinist həlak olub, 12 nəfər isə itkin düşüb

img

04-12-2023 [15:53]


İndoneziyanın Sumatra adasının qərbində Merapi vulkanı püskürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 11 alpinist həlak olub, 12 nəfər isə itkin düşüb.

Qərbi Sumatra Dövlət Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Əbdül Malik açıqlamasında bildirib ki, ştatın Aqam bölgəsindəki Merapi vulkanında baş verən partlayışlardan sonra axtarış-xilasetmə qrupları 11 alpinistin cəsədlərini tapıb: "Bəli, 12 nəfər itkin düşən var və onlar barədə hər hansı bilgiyə sahib deyilik. Bununla belə, dekabrın 2-də dağa qalxmağa başlayan təxminən 75 alpinistdən 52-si xilas edilib, onlardan 8-i xəstəxanaya yerləşdirilib".

Xatırladaq ki, İndoneziyada 130 aktiv vulkan var.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq