"Azəriqaz" rəhbərliyi Zaqatalada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə

"Azəriqaz" rəhbərliyi Zaqatalada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə

CƏMİYYƏT

01.12.2023, 15:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Zaqatala rayonunda vətəndaş qəbulu keçiriləcək.

Mia.az “Azəriqaz”a istinadla xəbər verir ki, dekabrın 4-də saat 11:00-da Zaqatala Regional qaz istismarı İdarəsinin inzibati binasında (Faiq Əmirov küçəsi, döngə 1, bina 11) baş tutacaq görüş zamanı Zaqatala və Balakən rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 024-22-4-02-60; 050-845-94-21) müraciət edə bilərlər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR