“Sadık Əhməd” filmi Yunanıstanı qarışdırdı - "Yayımı qadağan olunsun"

img

01-12-2023 [10:16]


Dekabrın 29-da Türkiyədə vizyona girəcək TRT-nin birgə istehsalı olan “Sadık Ahmet” filmi Yunanıstanda gündəm mövzusu olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yunan Həll Partiyasından deputat Paraşos Papadakis Yunanıstanın xarici işlər nazirindən Qərbi Trakya türk azlığının lideri, mərhum doktor Sadıq Əhmədin həyatından bəhs edən filmin nümayişinin qarşısını almaq üçün hərəkətə keçilməsini tələb edib.

İfrat sağçı parlamentdəki çıxışında Xarici İşlər naziri Yorgos Gerapetritisə TRT-nın baş direktorunun filmlə bağlı açıqlamasını xatırladıb: "TRT rəhbərinin filmlə bağlı sözünü oxudunuzmu? Elə buna görə həmin filmin yayımının dayandırılması üçün qəyti addımlar atılmalıdır. Yox, yayımın qarısını almaq mümkün deyilsə, o zaman heç olmasa onu Trakyada heç bir televiziya kanalında göstərilməsinə qadağa qoyulsun".

Xatırladaq ki, TRT-nin baş direktoru Mehmet Zahid Sobacı “Sadık Ahmet” filmi ilə bağlı bunları deyib: “Sadık Əhmədin həyatını böyük ekrana köçürmək TRT olaraq kimliyimizə kölgə salınmasına, müstəqilliyimizin məhdudlaşdırılmasına heç vaxt icazə verməyəcəyimizin bəyanıdır”.

Film Qərbi Trakyada türk icmasının yunanlar tərəfindən illərdir məruz qaldığı haqsızlıqlardan bəhs edir.

Film dekabrın 29-da tamaşaçılarla görüşəcək

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq