İsrail: "HƏMAS-ın bu gün azad edəcəyi girovların siyahısı bizə təqdim olunub"

img

30-11-2023 [12:25]


"Biz HƏMAS-ın bu gün azad edəcəyi əsirlərin siyahısını almışıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail hökuməti açıqlama verib.

Açıqlamada deyilir ki, azad olunacaq girovların ailəsi artıq məlumatlandıırlıb.

Xəbərdə HƏMAS-ın bu gün neçə israilli girovu azad edəcəyi haqda informasiya verilməyib.

Xatırladaq ki, razılaşma çərçivəsində bu gün 10 israilli və 30 fələstinli girovun qarşılıqlı azadlığa buraxılması gözlənilir.

Onu da xatırladaq ki, İsrail və HƏMAS arasında əldə olunan razılaşma çərçivəsində noyabrın 24-dən bəri 73 israilli və 210 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq