Ərdoğan bu gün BƏƏ-yə gedir - Səfərin qrafiki açıqlandı

img

30-11-2023 [00:01]


Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Adminstrasiyası açıqlama yayıb.

Bildirilib ki, Ərdoğan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün noyabrın 30-dan dekabrın 1-dək Birləşmiş Ərəb Əmirliklərində olacaq.

Sammitdə ekoloji problemlər, enerji, qida və sağlamlıq kimi müxtəlif məsələlər, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə siyasətləri ilə bağlı rəhbərlik səviyyəsində fikir mübadiləsinin aparılması planlaşdırılır.

Prezident Ərdoğanın sammitin ilk günü - dekabrın 1-də çıxış edəcəyi, toplantı çərçivəsində bəzi iştirakçı ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR