Rusiya XİN: "İordan çayının qərb sahilində vəziyyət təhlükəli xarakter alıb"

img

29-11-2023 [18:21]


"İordan çayının qərb sahilində vəziyyət təhlükəli şəkildə inkişaf edir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi mətbuat konfransında  deyib.

XİN sözçüsü bildirib ki, HƏMAS-la İsrail arasında atəşkəs razılaşmasını alqışlayırlar: "Tərəflərin atəşkəsin uzadılması qərarını alqışlayırıq. Gərginliyi azaltmaq və davamlılığını təmin etmək üçün tərəflərlə dialoqumuz davam edir. Ümid edirik ki, daim atəşkəs olacaq".

Zaxarova İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı qeyd edib: "İordan çayının qərb sahilində vəziyyət təhlükəli istiqamətdə inkişaf edir və biz buna diqqət çəkmək istərdik. Buradakı vəziyyət Qəzzada baş verən hadisələrin kölgəsində qalıb. Bu barədə indidən düşünməli və müvafiq addımlar atılmalıdır".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA